namaz
Namaz qılmayıb oruc tutmaq günah sayılmır ki?
Aleykum salam. Cavabı buradan oxuyun: Namaz qılmayıb oruc tutmağım nə dərəcədə düzgündür?
Namaz qılanda həmin namazın qəzasını da qılıram
Aleykum salam. Qıldığınız namazın qəzasını qılmaq lazım deyil. Vaxtında unudaraq və ya digər üzrlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Ümumiyyətlə, namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.
Evdə azan oxumaq olarmı və qadınlar azan oxuya bilərmi?
Aleykum salam. Evdə azan vermək olar. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir, qadınlar azan və iqamə oxumur.
Sübh namazından sonra digər qəza namazlarını qılmaq olarmı?
Aleykum salam. Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar, səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. Həmçinin sübhə duranda və ya sübhdən sonra günəş çıxdıqdan sonra qıla bilərsiniz.
Təvəssül və qəbir ziyarəti ilə bağlı sual
Aleykum salam.
1) Dediyiniz ayədə "vasitə axtarın" deyildikdə Allahın razılığını qazanmaq üçün xeyirli əməllər etmək nəzərdə tutulur. Daha ətraflı:
Hənbəli və Hənəfi məzhəbinin davamçıları bir yerdə camaat namazı qıla bilərlərmi?
Aleykum salam. Bəli, qıla bilərlər. Bir yerdə namaz qılmağın məzhəbə aidiyyatı yoxdur.
Namaza yeni başlayanlar haqda sual
Salam aleykum. Cavabı buradan oxuyun: Namaza yeni başlayanlara vərəqə baxaraq namaz qılmaq olarmı?
Namaz dəfələrlə qılıb tərk edənin bu halda ölərsə hökmü nədir?
Aleykum salam. Qiyamət günü sizdən kimin kafir, kimin mömin olmasını soruşmayacaqlar. Yaxşı olar ki, vaxtımızı özümüzə aid olan məsələlərə sərf edib, ölüm bizi haqlamamış çoxlu xeyirli əməllər edək.
Vitr namazı necə qılınır?
Cavabı buradan oxuyun: "Vitr namazı necə qılınır?"