namaz

Sübh namazına vaxtında dura bilmədiyimə görə günah qazanıram?

    29.04.2014
Sual: 
Salam aleykum. Her gun subh namazina dura bilmirem. Bu choxmu gunahdir? Meslehetiniz nedir mene? Ne edim ki, vaxtinda qilim?
Cavab: 

Aleykum salam. İndi yazın gəlişi ilə bağlı yuxu insan üçün çox şirin olmuşdur. Ona görə də sübh namazına vaxtında dura bilmək üçün axşam tez yatmağa çalışmaq, telefonda və ya saatda iki vaxtda zəng qoymaq. Çünki bir vaxtda qoyduqda əksər hallarda oyanmaq çətin olur.

Əhli-sünnə namazına aid beş səbəb lazımdır

    27.04.2014
Sual: 
Salam aleykum. Qardaş bir baci əhli-sunne namazi qilmaq istəyir. Amma ixlitafdadir. Mene sual verdi ki, ehli sunne namazina aid beş sebeb deyim. Duzu tam caavblandira bilmedim. Allah rizasi uchun siz caavblandirardiniz. Yeni qardaş ancag namaza aid beş sebeb isteyirdi.
Cavab: 

Aleykum salam. Siz onu başa salmağa çalışın ki, hər bir müsəlman bütün ibadətləri Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etməlidir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.

Azandan nə qədər müddət sonra namaza başlamaq lazımdır?

    24.04.2014
Sual: 
Salam aleykum. Azan chekilenden neche deqiqe sonra namaza başlamaq olar?
Cavab: 

Aleykum salam. Azan çəkildikdən sonra dərhal sonra və ya 5-10 dəqiqə sonra başlamaq olar. İbn Məsud (radıyəllahu anhu) belə nəql etmişdir: "Mən Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdum ki, hansı əməllər Uca Allah daha sevimlidir?

Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?

    24.04.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi qardaş. Qardaş vitr namazi, gece namazi, teheccud namazi, bunlari qarişdiriram. Allah rizasi uchun bunlar haqqinda etrafli yazardiniz. Ne vaxt qilinir? Neçe ruket olur? Allah razi olsun.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Gecə və ya təhəccüd namazı işa namazından sübh namazına qədər qılınan namazların adıdır. Gecə namazı iki rükət-iki rükət qılınır, sonda isə tək sayda rükətli (1, 3 və s.) vitr namazı qılınır. Kim istəsə yalnız vitr namazını da qıla bilər.

Tövbə namazı necə qılınır?

    23.04.2014
Sual: 
Salam aleykum. Men shieyeyem. Yeni gunde beş defe şie namazi qiliram. Mene tovbe namazinin qilinma qaydasini yaza bilersinizmi? Hec bir gunahim yoxdur, amma Qiyamet gunu Allahin huzurunda tam gunahsiz dayanmaq isteyirem. Amma menim cemisi 15 yashim var. Herden valideynlerimin sozune baxiram. Ele ona gore tovbe namazi qilmaq istiyirem. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Cavabı buradan oxuyun: Tövbə namazı necə qılınır?

Fərqli məzhəbdə olan imamın arxasında namaz qılmaq olarmı?

    22.04.2014
Sual: 
Salam aleykum. Size bir sualim var idi. Ehli sünneden birinin camaat namazinda ehli shie imamin arxasinda namaz qilmasi ve ya ehli shie qardashlardan birinin ehli sünne imaminin ardinda namaz qilmasi mumkundurmu? Eger mumkundurse ehli shie imamin arxasinda ehli sunneler de imam kimi qunut tutmalidirlarmi? Chox sag olun!
Cavab: 

Aleykum salam. Kim dəstəmazı Uca Allahın buyurduğu şəkildə alırsa, habelə namazı Allah Rəslunun (salləllahu aleyhi və səlləm) buyurduğu şəkildə qılırsa, onun arxasında qılmaq olar. Kim bundan kənara çıxarsa, onun arxasında namaz qılmaqdan çəkinmək lazımdır.

Sübh azanında niyə "əs Salətu xayrum minən-nəum" deyirlər?

    22.04.2014
Sual: 
Salam aleykum. Subh namazinin azaninda neye gore "Əssalatu xayrum minə-n-novm" oxuyurlar? Bu sozun menasini da yazarsiniz da? Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Əbu Məhzura deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona azanı öyrətmiş və belə deməsini buyurmuşdur: "Həyyə aləl-fələh, həyyə aləl-fələh. Sonra sübhün ilk azanında, əs-Salətu xəyrum-minən nəum, əs-Salətu xəyrum-minən-nəum.

Pages