namaz

Bir neçə sual

    20.04.2014
Sual: 
Salam aleykum. Menim 13 yashim var. Bilmek isterdim ki, Qiyamet gunu Ayla Gunesh chirpilanda Yer kuresine zerer deyecekmi? Yoxsa zulmet qaranliq olacaq? Qiyamet gunu gunduz olacaq yoxsa gece? Birde insanlar bu sayta sual unvanlayanda siz gorursuz hansi nomreden gelir? Yeni bilinir ki, kimden gelir hansi unvandan gelir bu sayta suallar siz gorursuz? Ayetul Namazi haqda niye melumatiniz yoxdur? Ayetul Namazin ay tutulanda birde zelzele olanda qilinir. Bes Ay tutulanda zelzele olanda hansi duani oxuyaq? Men her an Qiyametin gelmesi qorxusuyla yashayiram. Bunun uchun bir dua varmi?
Cavab: 

Aleykum salam. Qiyamət günü gündüz və ya gecə olacağı haqda məlumatımız yoxdur.
Bu sayta gələn sualların haradan gəlməsi bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim məqsədimiz sualları cavablandıraraq insanları İslam haqqında doğru şəkildə maarifləndirməkdir.

Abortdan neçə gün sonra namazlarımı qılmağa başlamalıyam?

    19.04.2014
Sual: 
Salam aleykum. Abort edenden sonra namazimi nece qilim? Yeni qezasi varmi? Abort olanda 10 gun qan gelib. 10 gun erzinde de namazimi qila bilmemishem. Qezasi varmi?
Cavab: 

Aleykum salam. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Əgər abort hamiləliyin 81 günündən sonra olubsa, bu zaman qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər namaz qılınmır. Nifas müddəti ən çox qırx gün olur.

Cənazə namazı və maaş kartı ilə bağlı suallar

    17.04.2014
Sual: 
Assalamu aleykum. Qardaş sualim beledir. Cenaze namazinin sozlerini bilmirem, amma mende orda ishtirak eledim bilmek istyirem ki, mene savab yazilir, yoxsa sozleri bilmelisen? Birde men maaishimi kartla aliram. Ora menim aldiğim meblegden artiq pul yazlib o artiq pulu men xercleye bilerem? Bu barede mene heç kim heç ne demeyib. Amma oz vijdanim goturmur. Bilmek isteyirem ki, men bunu demeliyem, yeni qaytarmaliayam? Teshekkur edirem.
Cavab: 

Aleykum salam. Cənazə namazının sözlərini bilməyiniz daha yaxşı olardı. Lakin bilməsəniz də iştirak etdiyinizə görə inşallah savab qazanırsınız. Çünki hədisə deyildiyi kimi: "Əməllər niyyətlərə görədir...".

Gecənin üçdə ikisi və ya üçdə biri deyiləndə hansı vaxt nəzərdə tutulur?

    16.04.2014
Sual: 
Salam aleykum. Gecənin 3-de 2-si ve ya 3-de biri deyilende hansı vaxt nezerde tutulur?
Cavab: 

Və aleykum Salam. Bunu hesablamaq üçün məğrib namazının girdiyi vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölün. Üç hissədən sonuncu hissə gecənin son üçdə biri adlanır və bu vaxt gecə namazı üçün ən fəzilətli vaxtıdır.

Namazın sözlərində hərf səhvi etdikdə səhv səcdəsi etmək lazımdır?

    16.04.2014
Sual: 
Salam Aleykum. Namaz qilarken namazin sozlerinde herf sehvi edende onu duzeldene kimi bir nece defe tekrar etdikde sehv secdesi lazimdimi? Ya namaza bunnan xelel gelmir ki?Allah razi olsun.
Cavab: 

Aleykuma salam. Namazda oxunan surələrdə hərf səhvinə görə səhv səcdəsi etmək lazım deyildir. İnşallah bu cür səhvlər namaza xələl gətirmir. 

Sübh namazının yalnız fərzini qılmaq düzgündür?

    16.04.2014
Sual: 
Salam aleykum. Subh namazinin yalniz ferz olan 2 ruketini qilmaq duzgundurmu? Men hemishe 2 ruket qiliram. Duz edirem?
Cavab: 

Və aleykum Salam. Siz yalnız fərzi qılmaqla vacib olanı yerinə yetirmiş olursunuz. Lakin əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutmusunuzsa, Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sünnətini demək olar ki, heç vaxt tərk etməmişdi.

Pages