namaz

Saytdakı namaz təlimi nəyə əsasən yazılıb?

    14.04.2014
Sual: 
Salam aleykum. Sizin saytda namazin qilinma qaydasini oxudum. Axi shieler namazlarini siz deyen kimi sag ve sol elini bir birinin ustune qoyub qilmirlar. Birde destmazin alinma qaydasinda yazmisiz ki, ayaqlari dizden ashagi yumaq lazimdir. Shieler destmazda ayaqlari yumurlar, mesh chekirler. İndi bilmek isterdim ki, siz sunni yoxsa shie namazi haqda yazmisiz? Mene chox maraqlidir. Önceden teshekkurler
Cavab: 

Aleykum salam. Saytdakı namaz təlimi Qurana və Peyğəmbərin (salləlahu aleyhi və səlləm) səhih hədislərinə uyğun şəkildə tərtib edilmişdir. 

Dəstəmaz və təhəccüd namazı haqqında

    13.04.2014
Sual: 
Assalamu aleykum. Necesiz? Qardaş sualim bele olacaq. Maykada ola-ola destamaz almaq olar? Teheccud namazi texminen gece saat nechede qilinmalidir?Allah sizleri qorusun!
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.

Namazla bağlı videonu nə vaxta hazırlayacaqsınız?

    12.04.2014
Sual: 
Salam aleykum. Siz namaz qilmagi öyrenmek uchun video görüntü ne vaxt hazirlayacaqsiz. Men shie namazI qiliram. Amma peygemberimizin (sallallahu aleyhi ve sellem) yolu ile getmek isteyirem. Amma bunun uchun namaz qilmagi öyreden video görüntü lazimdir. Allah komeyiniz olsun. Sag olun.
Cavab: 

Aleykum salam. Hal-hazırda namazın təlimi ilə bağlı videonun hazırlıq işləri gedir. İnşallah hazır olan kimi onu sayta yerləşdirəcəyik. 

Namazı öyrətməyin savabı nə qədərdir?

    12.04.2014
Sual: 
Salam aleykum. Men ozum namaz qiliram ve neneme de oyredirem. Namaz qilmagi oyredende onun ne qeder savabı olur. Menim nenem namaz qilmagi istesede, istemese de inşallah men ona oyredecem. Amma siz menim sualima cavab yazdiqdan sonra. Allah sizden razı olsun. Allah komeyiniz olsun. Sag olun.
Cavab: 

Aleykum salam. Namazı və başqa ibadətləri öyrətməyin çox böyük savabı vardır. Savabın nə qədər olmasına gəlincə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu haqda buyurmuşdur: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893).

Zikr və namazın vaxtı ilə bağlı sual

    12.04.2014
Sual: 
Salam aleykum. Men bilmek isterdim ki, zikr ancaq sag elin barmaqlari ile edilmelidir, yoxsa her iki elin barmaqlariyla? Men her iki elle sayiram. Ona gore de bilmek isterdim ki, bu dogrudur, yoxsa sehv fikirdir? Bir de zehmet olmasa cavab vererdiz, subh namazinin vaxti cedvele gore 8-e islemish bitir. Amma 7-ye qalmish artiq hava ishiqlashir. Mutleq hava ishiqlashmamish qilinmalidir subh namazi? Eger eledirse niye bitme vaxti saat 8-e islemish gosterilir? Men chox vaxt saat 7-ye qalmish, 7-de bashlayiram ki, gosterilen vaxta qeder qilim qurtarim.
Cavab: 

Aleykum salam. Hər iki əlin barmaqları ilə zikr etmək olar. Sübh namazınn vaxtı cədvəldə göstərildiyi vaxtda bitir. Havanın işıqlanması hələ günəşin doğması demək deyildir. Günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlanmağa başlayır.

Namazı naməhrəmdən öyrənə bilərəmmi?

    12.04.2014
Sual: 
Salam aleykum. Namaza teze bashlamisham. Meni örgetmek uchun oglanla qila bileremmi? Yeni o qabagda imam kimi meni gormemek sherti ile qila bilerikmi? Ve sesimi eshidirse namazim batil olurmu? Xahiş edirem etrafi cavablandirasiz.
Cavab: 

Aleykum salam. Yaxşı olar ki, qadına namazı qadın öyrətsin. Qadının naməhrəmlə birlikdə namaz qılması düzgün deyildir. 

Mən hər namazdan sonra zikr edirəm

    11.04.2014
Sual: 
Salam aleykum. Men her namazda, yeni ister vacib, isterse de qeza namazlarinda zikr edirem. Yeni tesbeh chekirem. Bunu her zaman etmeliyem?
Cavab: 

Aleykum salam. Hər namazdan sonra zikr etməyiniz yaxşıdır, amma təsbeh çəkməyə ehtiyac yoxdur. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zikrləri təsbehlə deyil, barmaqları ilə sayardı.

Çoxlu bəddua etmək haqqında və digər suallar

    11.04.2014
Sual: 
Salam aleykum. Sizden xahiş edirem sualimi cavablandirasiz. 1) Men son zamanlar chox beddua ve qarğışlar edirem. İnan ki, evveller bele deyildim. Heyatimdaki bezi insanlar meni bu hedde chatdirir. Özüm namaza yeni bashlamisham. Kimse qelbime toxunanda ve ya meni incidende esebilerimi cilovlaya bilmirem. Namazdan sonra da Allahin o insani cezalandirmasini isteyirem. Bezen peshman oluram. Buna gore bezen ise yox bed dua etmirem. Chunki bezi insanlar davranishlariyla bu bedduani haqq edir. Sizce men gunaha batiram? 2) Ölünü söyen shexs gunaha batirmi?
Cavab: 

Aleykum salam.

Yaşadığın yerdən neçə km məsafə yol getdikdən sonra səfər sayılır?

    09.04.2014
Sual: 
Salam aleykum. Sefer zamanı bildiyimiz kimi namazı qısaltmalıyıq. Bəs bu səfər deyiləndə nə qədər məsafə nəzərdə tutulur? Məsələn mən 2 saatlıq olan bir yerə qonaq gedirəmsə, bu səfər sayılırmı?
Cavab: 

Aleykum salam. Səfər saat və ya məsafə ilə ölçülmür. Camaat arasında səfər kimi qəbul olunan məsafə getdikdə, səfərə getmiş sayılırsınız. Məsələn, Bakıdan Sumqayıta getdikdə, səfərdə olduğumuzu demirik. Amma Bakıdan Qubaya gedəndə, camaat bunu səfər hesab edir.

Pages