Qibləni düzgün şəkildə necə təyin etmək olar?
Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə tapmaq olar?
Aleykum salam. Bu cavabı oxuyun: Qibləni necə tapmaq olar?
Aleykum salam. Namazları vaxtında qılmağınıza görə ciddi bir qəbahət yoxdur. Amma siz səfərdə olduğunuz müddətdə namazların rükətlərini qısaltmalı idiniz. Məsələn, dörd rükətli namazlar iki rükət qılınır, üç və iki rükətli olan namazlar isə olduğu kimi qalır. Bu tək qıldığınız halda belədir.
Aleykuma salam. Yeni öyrənən üçün belə səhvlər etmək inşallah günah deyildir. Dəstəmazı və namazı tam öyrənənə qədər bilmədən nə səhv etsəniz, sizə günah yazılmır. Namazın sözlərini tam öyrənib qurtarana qədər kağızdan oxuya bilərsiniz, bunda heç bir problem yoxdur.
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə şeytan hər dəfə çalışır ki, sizi namazdan yayındırsın.
Aleykum salam. Hər bir namaza başlamaq istəyən kəs bu həyəcanı keçirir. Bu özü yaxşı bir haldır. Unutmayın ki, siz hər şeyi bilən və hər şeydən xəbərdar olan Uca Allaha ibadət etməyə başlamaq istəyirsiniz.
Aleykum salam. Xəstə olarkən namazı dayandırmaq olmaz. Xəstə müalicə ala-ala bacardığı şəkildə namazları qılmalıdır. Qadın yalnız iki halda namazları tərk edə bilər. Heyz (aybaşı) və Nifas (doğuşdan sonra qırx gün ərzində axan qan) vaxtı.
Aleykum salam. Namaz qılmaq üçün Namaz məqaləsini oxuyub öyrənə bilərsiniz. Həmçinin, bir vərəqə çap etdirib üzündən də oxuya bilərsiniz.
Və aleykum Salam. Vacib namazlardan səsli namazlar yalnız sübh, məğrib və işa namazlarıdır. Bu namazları səsli qıla bilərsiniz. Zöhr və Əsr namazlarını isə səsli qılmayın. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bu namazları səssiz qılıb.
Aleykum salam. Namaz qılmaq vacibdir. Müsəlman namaz qılmadığına görə günah daşıyır. Namaz qılmaq günahların bağışlanması üçün ən böyük səbəbdir. Həmçinin bunu oxuyun:
Va aleykumus-Sələm. Müsafir namazı səfərə çıxan adamın qıldığı namazlara deyilir. Səfərə çıxan adam namazlarını qısaldır. Dörd rükətli namazlar (zöhr, əsr, işa) iki rükət qılınır, sübh və məğrib namazları isə olduğu kimi qalır.