namaz

Səsli namazlarda çaşdığıma görə pıçıltı ilə qılmağım doğrudurmu?

    30.04.2014
Sual: 
Salam aleykum. Men eshitmishem ki, camaat namazi qilmaq savabdir. Ancaq men yanimda kimse olanda namaz. Xüsusi ile de sesli qilanda chashiram. Ona gore chox vaxt tek qiliram. Belede fikrimi daha rahat toplaya bilirem. Ümumiyyetle ses olanda chashiram. Namazi sessizlikde qiliram. Namazi sozlerini de pichilti ile deyirem. Bu düzgündürmü?
Cavab: 
Aleykum salam. Əgər sözləri deyəndə dodaqlar tərpənirsə, bu yaxşıdır, çünki bəzən elə başa düşürlər ki, səssiz namazların sözləri ürəkdə deyilir, yəni dodaqlar tərpənmir amma qəlbindən keçir. Bu düzgün deyil. Mütləq dodaqlar tərpənməlidir. Namazda pıçıltı ilə oxumaq olmaz.

Namazda Fatihədən sonra hansı surələri oxumaq lazımdır?

    30.04.2014
Sual: 
Salam aleykum. Namaz qilarken ruketlerde fatiheden sonra yalniz ixlas suresi deyilmelidir, yoxsa her defe birini. yeni feleq ve nas surelerini de demek lazimdir?
Cavab: 

Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni oxuya bilərsiniz. Şəriətə görə namazda əl-Fatihədən sonra konkret hansısa surə təyin olunmamışdır. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz.

Sübh namazına vaxtında dura bilmədiyimə görə günah qazanıram?

    29.04.2014
Sual: 
Salam aleykum. Her gun subh namazina dura bilmirem. Bu choxmu gunahdir? Meslehetiniz nedir mene? Ne edim ki, vaxtinda qilim?
Cavab: 

Aleykum salam. İndi yazın gəlişi ilə bağlı yuxu insan üçün çox şirin olmuşdur. Ona görə də sübh namazına vaxtında dura bilmək üçün axşam tez yatmağa çalışmaq, telefonda və ya saatda iki vaxtda zəng qoymaq. Çünki bir vaxtda qoyduqda əksər hallarda oyanmaq çətin olur.

Əhli-sünnə namazına aid beş səbəb lazımdır

    27.04.2014
Sual: 
Salam aleykum. Qardaş bir baci əhli-sunne namazi qilmaq istəyir. Amma ixlitafdadir. Mene sual verdi ki, ehli sunne namazina aid beş sebeb deyim. Duzu tam caavblandira bilmedim. Allah rizasi uchun siz caavblandirardiniz. Yeni qardaş ancag namaza aid beş sebeb isteyirdi.
Cavab: 

Aleykum salam. Siz onu başa salmağa çalışın ki, hər bir müsəlman bütün ibadətləri Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) buyurduğu kimi etməlidir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.

Pages