Azan və iqamənin sözlərini yaza bilərsinizmi?
Aleykum salam.
Azanın sözləri:
Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
Aleykum salam.
Azanın sözləri:
Allahu əkbər - (4 dəfə), (Allah ən böyükdür).
Və aleykum Salam. Bunu hesablamaq üçün məğrib namazının girdiyi vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölün. Üç hissədən sonuncu hissə gecənin son üçdə biri adlanır və bu vaxt gecə namazı üçün ən fəzilətli vaxtıdır.
Aleykuma salam. Namazda oxunan surələrdə hərf səhvinə görə səhv səcdəsi etmək lazım deyildir. İnşallah bu cür səhvlər namaza xələl gətirmir.
Və aleykum Salam. Siz yalnız fərzi qılmaqla vacib olanı yerinə yetirmiş olursunuz. Lakin əgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutmusunuzsa, Peyğәmbәrimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sünnətini demək olar ki, heç vaxt tərk etməmişdi.
Aleykum salam. Sualınızın cavabını bu linkdən oxuya bilərsiniz: "Sübh namazı necə qılınır?"
Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur.
Aleykum salam. Saytdakı namaz təlimi Qurana və Peyğəmbərin (salləlahu aleyhi və səlləm) səhih hədislərinə uyğun şəkildə tərtib edilmişdir.
Aleykum salam. Əlhəmdulilləh yaxşıyıq. Allah razı olsun. Maykada və ya hər hansı bir geyimdə dəstəmaz almaq olar. Təhəccüd namazı, yəni gecə namazı işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır.
Aleykum salam. Hal-hazırda namazın təlimi ilə bağlı videonun hazırlıq işləri gedir. İnşallah hazır olan kimi onu sayta yerləşdirəcəyik.
Aleykum salam. Namazı və başqa ibadətləri öyrətməyin çox böyük savabı vardır. Savabın nə qədər olmasına gəlincə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu haqda buyurmuşdur: "Xeyirin yolunu göstərən ona əməl edən şəxs kimi savab qazanır". (Muslim, 1893).