namaz
Namaz əsnasında ilan və əqrəbi öldürmək olarmı?
Aleykum salam. Namazı saxlayıb ilanı və ya əqrəbi öldürmək olar. Çünki Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurub: "Namaz qılarkən bu iki qaranı: ilanı və əqrəbi öldürün". Həmçinin, namaz qıldığı yerdə öldürmək mümkün olarsa, namazdan çıxmadan da öldürmək olar.
Gecə namazı necə qılınır və yataq otağında namaz qılmaq olarmı?
Aleykum salam. Gecə namazı haqqında buradan oxuyun: Gecə namazı necə qılınır?
Yataq otağında namaz qılmaq olar. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) zövcəsinin otağında namaz qılmışdır.
Namazdan sonra xanım Fatimeyi Zəhranı zikr etmək doğrudur?
Və aleykum Salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Uca Allah üçün edilir.
Uzandığın yerdə zikr etmək olarmı?
Aleykum salam. Uzanaraq zikr etmək olar. Uca Allah buyurur: "Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.
Vitr namazının qılınma qaydasını yaza bilərsinizmi?
Aleykum salam. Cavabı buradan oxuyun: "Vitr namazı necə qılınır?"
Camaat namazı ilə bağlı suallar
Azan səsi gələndə niyə qəribə hadisələr baş verir?
Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər.
Yaxınlarım hicab bağlamağıma mane olurlar, mən nə edim?
Aleykum salam. Siz səbir edin, çünki siz doğru yoldasınız. Siz Uca Allahın buyurduğunu yerinə yetirmək - həm hicab bağlamaq, həm də təhsil almaq istəyirsiniz. Bu ikisi də çox savab əməllərdir. Siz təşvişə düşməyin və narahat olmayın.
Üç suala cavab
Aleykum salam.
1) Bəli, həmin paltarlarınızı geyinə bilərsiniz.
2) Hər bir fərz namazı üçün azan verməyiniz yaxşıdır. Azan yalnız fərz namazları üçün verilir. Gecə namazı və digər sünnət namazları üçün nə azan, nə də iqamə verilməz.