namaz

Laklı halda namaz qılmaq namazı batil edirmi?

    08.08.2014
Sual: 
salam aleykum.men bilerekden 1gun erzinde namazlarmi dirnagda lak olaraq qilmiwam. Namazim batildirmi? Dirnagimdaki laki silmek ucun aseston tapa bilmedim. Ona gore mecbur oldum. Bacim ise bele olanda namaz qilmir. Deyir onsuz namazim sayilmir. Hemin vaxt umumiyyetle namazi terk edir. Men ise terk ede bilmirem. Su yoxdusa,torpaqla aliram destemaz. Torpaq da yoxdusa tozla. Namazimi qilmamaq bu mene daha cox pis gelir. Hansimiz duzgun etmishik? ALLAH elminize bereket versin. Amin
Cavab: 

Aleykum salam. Ümumiyyətlə şəriətə görə dırnaqlarda lak ola-ola namaz qılmaq namazı batil etmir. Lakin dəstəmaz və ya qüsl aldıqda dırnaqdakı boyaları mütləq silmək lazımdır. Qüsl və ya dəstəmazdan sonra yenə lak vura bilərsiniz.

Namazı vaxtı girən kimi qıla bilməmək günahdır?

    07.08.2014
Sual: 
Salam.suallari cavablandirdiginiz ucun sizden Allah razi olsun.zehmet olmasa deyerdiniz,namaz vaxtlarindan hansi daha etibarlidir?men ehtiyat ucun 10-15deq gec qiliram hemise.buna icaze verilir?yoxsa vaxtinda qila bipmemek gunahdir?eger eledirse onda sizin verdiyiniz vaxt giren kimi qilsam duzgun olar?
Cavab: 

Aleykum salam. Dediyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162).

Dəstəmaz aldıqda əzalar neçə dəfə yuyulmalıdır?

    07.08.2014
Sual: 
Salam. Xahis edirem cavablandirasiniz,destemaz uzvlerinin her biri nece defe yuyulmalidir.3ya az?cunki bezen oxuyuram ki 3defe olmalidir,bezen ise 3defe olmasi duzgun deyil deyirler.bu mezheblerle elaqeli bir seydir?cunki hec bir mezhebe qulluq etmirem,Peygemberimiz(s.e.s)kimi qilmaq isteyirem,siz de bu cur oyredirsiniz.evvelceden tesekkurler
Cavab: 

Aleykum salam. Bu məsələnin heç bir məzhəblə əlaqəsi yoxdur. Sadəcə ayayə əsasən 1 dəfə yumaq vacib, 1-dən çox (2-3 dəfə) yumaq isə sünnədir, yəni bəyəniləndir. Daha ətraflı:

Namazın vaxtları barədə

    06.08.2014
Sual: 
Salam aleykum namazin vaxtlari her yerde bir cur yazilir. Ona gore arada casib qaliram bilmirem hansiyla qilsam daha dogru olar. Ne etsem duzgun olar?
Cavab: 

Aleykum salam. Bəzi namaz təqvimlərində qeyd olunan vaxtlar ehtiyat məqsədi ilə uzadılır. Buna görə də təqvimlərin vaxtlarında fərqlilik meydana gəlir. Odur ki, əlinizdə olan hər hansı bir təqvimdən istifadə etməyinizdə heç bir problem yoxdur.

Namazın vaxtını gecikdirərək qılmaq günahdır?

    05.08.2014
Sual: 
Salam.namazin evvel vaxtda qilinmasi beyenilen emellerden oldugu melumdur.bilmek isterdim ki gecikdirmek gunahdirmi yoxsa olarmi?evvelceden cox sagolun
Cavab: 

Aleykum salam. Söylədiyiniz kimi namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". 

Heyzdən azad olmağıma əmin deyiləmsə, namazları qəza etməliyəmmi?

    04.08.2014
Sual: 
Salam.eger heyzden azad olduguma emin deyilemse namazimi qeza etmeliyemmi,yoxsa heyzli gunlerde oldugu kimi qezasi olmur?
Cavab: 

Aleykum salam. Əgər heyzdən azad olmağınıza əmin deyilsinizsə, əmin olduqdan sonra təmizlənin sonra da namazlarınızı qılmağa davam edin. Əmin olmadığınız günlər də heyzli günlərə nisbət olunur, yəni qəzası qılınmır.

Sübh namazı haqqında

    04.08.2014
Sual: 
Salamun aleykum, eyer seher hava isiglansa amma namazin vaxti hele kecmemis olsa (namaz teqvimine gore) o zaman namazin ferzini qilmag olar?
Cavab: 

Aleykum salam. Belə olan təqdirdə sübhün həm sünnət, həm də fərz namazını qıla bilərsiniz. Həmçinin, bilmək lazımdır ki, günəş üfüqdən çıxmağa yaxınlaşdıqda hava işıqlı görünür. Lakin bu hələ sübh namazının vaxtının bitməsi demək deyildir.

Pages