qadınlar

Sevgililər bir-biriləri ilə görüşüb, əl-ələ tuta bilərlərmi?

    28.12.2014
Sual: 
Salam Menim 18yawim var. Uzr isteyirem sevdiyimin de 18Yawi var biz goruwuruk el elede tuturuk. Geleceyle bagli planlarimiz var. O esgerliyden gelennen sora evleneciyik. biz gunah edirik? goruwmuyub olmur. Yada biz Kebin eliye bilerik Bir birimize haram olmamaqcun. Bildiyme gore El ele tutmaq da gunahdi.
Cavab: 
Və aleykum Salam. Allahın əmr və qadağaları ilə maraqlanmanız çox gözəl haldır, Uca Allaha dua edirik ki, sizi şeytanın şərindən və pis əməllərdən qorusun. Kəbin olmadan bir-birinzə naməhrəm sayılırsınız, naməhrəmlərin isə təklikdə görüşməsi həlakedici günahlardan olan zinaya aparır.

Hicab vacibdirmi və namazdan sonra hansı duaları oxuya bilərəm?

    26.12.2014
Sual: 
men hicaba girmek isteyirdim bura daxil oldum ve yazdim ki hicab taxmaq ne qeder duzgundu cavab geli ki namaz qilib hicab taxmaq gunahdir hicabi yalniz allahin peygenberlleri taxa biller birde namazdan sonra hansi duallari oxuya bilerem?
Cavab: 

Salam aleykum. Bizim o cür deməyimiz mümkün deyil,  çünki hicab Uca Allahın qadınlara vacib buyurduğu əmridir. Həmçinin, peyğəmbərlər hamısı kişi olublar, biz necə deyə bilərik ki, hicabı peyğəmbərlər geyinməlidir? Hicab geyinmək bütün qadınlara vacibdir, Allahın izni ilə tezliklə hicab geyinin.

Heyzli qadın Quran kitabını oxuya bilərmi?

    26.12.2014
Sual: 
Salam eleykum. Qadin heyizli olarken Quran kitabini oxuya bilermi?
Cavab: 

Aleykum salam. Heyzli qadın Uca Allahı zikr edib, hətta Quranı əlinə almadan əzbərdən oxuya da bilər. Bu ona görədir ki, əzbər bildiklərini unutmasın. Qadının o halda Quranı əlinə alıb oxuması qadağan edilir. Bu ərəbcə Qurana aiddir, mənaca tərcüməsini isə oxumaq olar.

Dəbli müsəlman geyimləri geyinmək və rəngarəng hicablar bağlamaq olarmı?

    24.12.2014
Sual: 
salam eleykum men hicab baglayiram debli hicab geyimleri geyine bilmerem birdeki rengaren hicablar baglaya bilmerem men cemiyete cixanda ozumu pis hiss edirem isteyirem ki mende debli hicab geyimleri ortum xais edirem mene bir meslehet veresiz?
Cavab: 

Aleykum salam. Cavabı buradan oxuyun: Rəngarəng hicablar və dəbli paltarlar geyinmək olarmı?

Qadına saç kəsdirmək günahdırmı?

    23.12.2014
Sual: 
Islamda umumiyyetle sac kesilmesinin gunah olmasi haqda aye ve ya sure varmi ? birde men her ay saclarimin ucundan saglam olsun deye kesirem bu gunahmidir ?/
Cavab: 

Salam aleykum. Saçları kəsdirmək günah deyil. Amma həddindən artıq qısa kəsərək kişiyə bənzəmək haramdır. Əbu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələri öz saçları qulaq mərcəyinə qədər azaldardılar". (əl-Buxari, 248; Muslim, 320).

Pages