Aybaşı qurtardıqdan sonra buraxılan namazlar qəza edilirmi?
Aleykum salam. Heyz (aybaşı) və nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur) olan qadın buraxdığı günlərin qəzasını qılmır. Həmçinin islamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın.