qadınlar

Hamilə qadın xəstələnəcəyindən qorxursa, təyəmmüm ala bilərmi?

    16.02.2014
Sual: 
Salam aleykum. Hamilə qadın namaza dəstəmaz almağa cətinlik çəkirsə, xəstələnəcəyindən qorxursa müvəqqəti təyəmmüm ala bilərmi?
Cavab: 

Aleykum salam. Bəli, insan xəstələnəcəyindən ehtiyat edib, müvəqqəti olaraq, xəstəlik təhlükəsi aradan qalxana qədər təyəmmüm ala bilər.

Üzümə vurduğum dərmanın tərkibindən şübhələnirəm, namazım batil olur?

    16.02.2014
Sual: 
Salam aleykum. Məni bir şey çox narahat edir. Üzümdəki sizanaqlara görə problem var. Və kosmetoloqun verdiyi dərmanın murdar olduğundan şübhə edirem. özümdə namaz qılan insanam. Ona görədə yalnız axşam namazımı qıldıqdan sonra vurub yatıram. Mən bilmək istərdimki, belə olduqda mənim namazım batil olur?
Cavab: 

Aleykum salam. Bu halda namazınız batil olmur. Əgər həmin dərmanı dəstəmazdan sonra üzünüzə vurub namaz qılsaydınız, bu halda batil olma ehtimalı olardı.

Heyzli qız qüsul aldıqdan sonra ayət namazının qəzasını qılmalıdır?

    16.02.2014
Sual: 
Salam aleykum. Mən ayət namazını qıla bilməmişəm, indi onun qəzasını qılmalıyam? Xahiş edirəm mənə cavabı tez yazın Allah rızası üçün. Bunun vacib olub- olmadığını bilmək istəyirəm.
Cavab: 

Aleykum salam. Qadın heyzli olduğu vaxtlarda qılmadığı namazların qəzasını qılmalı deyil.

Qolu açıq halda hicab geyinmək olarmı?

    13.02.2014
Sual: 
Salam aleykum. Bir qadın qapalı geyinir Allah qadını belə qəbul edərmi? Yəni yayda qolu açıq qısa örtülü. Allah sizdən razı olsun.
Cavab: 

Aleykum salam. Qolu açıq halda hicab geyinmək olmaz. İslamda qadın üçün örtünmə qaydası "ən-Nur" surəsində izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir.

Niyə qaş almaq olmaz?

    12.02.2014
Sual: 
Salam aleykum. Men size bu barede bir defe de sual vermishdim, amma cavab vermediniz. Niye qash almaq olmaz? Axi evveller qadinlarin uzu bağli olub. Qadinlarin qash aldiqlarini haradan bilibler? Hemde ki, Resullullahin (sallallahu aleyhi ve sellem) dovrunde bele fikir var idise, onda niye indi bu fikir yayilib? Demeli bu selefi adi ile taninanlarin fikirleridi (SELEF-ozunden sonra ardicillari olan shexsdir, sizin dediyiniz XELEF demekdir, yeni selefinin yolunu davam etdiren xelefdir, selefle-xelefi qarishdirmayin).
Cavab: 

Aleykum salam. Qaş almağın günah olması barəsində səhih hədis vardır. Daha ətraflı bu cavabı oxuyun: Qaş və üz tüklərini almaq günahdır?

Qüsl necə alınır və onu pozan amillər hansılardır?

    12.02.2014
Sual: 
Salam aleykum. Xahis edirem ki, mene qusulun duzgun tokulme ve deyilme qaydasini ve hemchinin de onu pozan halları yazasiniz. Evvelceden teshekkur edirem.
Cavab: 

Və aleykum Salam. Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər!

Ölmüş körpəm yuxuma girə bilərmi?

    12.02.2014
Sual: 
Salam aleykum. Mənim iyul ayinda qızım dünyasını dəyişib. Səkkiz günlük idi. Mən hal hazırda istirahət etmək üçün bir az başım sakitləşsin deyə başqa ölkəyə gəlmişəm. Mən hardasa üç gün bundan öncə yuxuda gördüm ki, bur qız uşağı hardasa beş yada altı yaşında, mənə tərəf gəlir. Hiss elədim ki, bu qız mənim qızımdı. Ancaq öldüyünü yuxuda hiss eləmirdim, yəni eləbil ki, olməyib. Mənə yaxınlaşdı ve qucaqladı, dedi ki, məni niyə qoyub dincəlməyə gedibsən? Mən ağladım ve o da ağladı. Mən soruşmaq istiyirəm ki, o həqiqətən mənim qızım ola bilər?
Cavab: 

Aleykum salam. Bunu deyə bilmərik. Amma yuxuya görə məyus olmaq olmaz. Bu mövzuları oxuyun:
Yuxu haqqında
Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?

Pages