qadınlar

Kiməsə nəfsim keçə bilərmi?

    29.01.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, kiməsə nəfsim keçə bilərmi? Yəni mən hamilə qala bilmirem ama başqası hamile qalanda öz özüme deyirəm ki, niyə o, hamilə qaldı mən yox. Bunun günahı varmı mən günah qazanırammı? Xahiş edirem ki, cavablandirasiniz. Allah sizdən razı olsun.
Cavab: 

Və aleykum Salam. Əgər siz Uca Allahın təqdir etdiyi qismətə narazı olaraq və ya qədərə etiraz edərək bu sözləri desəniz günah qazanmış olarsınız. Nəfsin kimdəsə qalması anlayışı yoxdur.

İslamda qadını döymək icazəlidirmi?

    28.01.2014
Sual: 
Salam aleykum. İslamda qadını döymek ve ya ona zor tetbib etmek gunah sayilirmi?
Cavab: 
Aleykum salam. Uca Allah kişilərin öz xanımları ilə gözəl münasibətdə olmasını vacib buyurmuşdur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". (ən-Nisa, 19).

Hamilə qadın bətnindəki övladının sağlam və əməli saleh olması üçün hansı surələri oxumalıdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Mən bilmək istərdim ki, hamilə olarkən ana əlini bətninə qoyub hansı sureleri oxumalıdır ki, uşağ sağlam xeyirli və tərbiyəli olsun?
Cavab: 

Aleykum salam. Şəriətdə xüsusi təyin olunmuş şəkildə bu məsələ üçün ayrıca hər hansı bir surə və ya dua növü mövcud deyil. Ümumən "Ayətul Kursi (əl Bəqərə, 255), "əl Fatihə", "əl İxlas", "əl Fələq", "ən Nas"  və digər bu kimi surələri oxuya bilərsiniz.

Dindar oğlanın qızla görüşməsi və ya söhbət etməsi günahdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş.

Heyz qüsulu necə alınır?

    26.01.2014
Sual: 
Salam aleykum. Heyz qusuluna nece niyyyet edilir? Ve neleri demek lazimdi qusulu aldiqda?
Cavab: 

Aleykum salam. Heyz qüsulu adi qüsllar kimi alınır. Sadəcə heyz və nifas qüsulunda hörüklər açılıb yuyulmalıdır. O ki, qaldı niyyət məsələsinə, "niyyət" məqsəd deməkdir. Bir əmələ niyyət etmək o əməli yerinə yetirmək məqsədi olmaq deməkdir.

Ölmüş körpə üçün ehsan vermək və ya Quran oxutdurmaq olarmı?

    23.01.2014
Sual: 
Doğuşdan iki gün sonra ovladımı itirdim. Onun üçün ehsan verə və ya yasin oxuya bilərəmmi?
Cavab: 

Aleykum salam. Ölü üçün Quran oxumaq və ya ölmüş bir insan üçün ehsan vermək dində sonradan meydana gəlmiş yeniliklərdəndir. Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir.

Pages