qadınlar

Əri boşamırsa, qadın necə ayrıla bilər?

    17.11.2020
Sual: 
Salam.2cidefe kebin olub şahid olmuyub xeberim olmadan kebin kesilib mehriyeni ozu teyin edib.Ama ki,mehriyye almamşam.Hemde ozum iwdiyib ozumu saxlamişam.Sora ayrilmişig ama meni kebinen boşamir bilmey isderdim.Kebin pozulmuş saylir 5 aydi ayriyig.Mende hecneyi halal etmirem ona.Oda boşamir kebinen.Deyir ged neynirsen ele boşamiram.Bilmey isdiyrem kebin pozulub ya yox?Hemde kişi boşamamiş qadin boşana biler?
Cavab: 
Aleykum salam. Nikahın doğru sayılması üçün mütləq qızın razılığından sonra vəlisinin (atası, qardaşı, əmisi və s.) izni və iki kişinin şahidliyi olmalıdır.

Kişi arvadını hicab geyinməyə məcbur edə bilərmi?

    22.10.2020
Sual: 
Kişi arvadın mecbur hicaba sala bilermi?.qadın könülsüzdüse günah kişiye yazılırmı?.könülsüz hicaba girmey günahdırmı
Cavab: 

Salam aleykum. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Ailə başçısı kişi olduğuna görə o, ailəsindən sorumludur. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız.

Şəhid olmağı arzulamaq doğrudurmu?

    22.10.2020
Sual: 
Salam. Qardawim var 14yawinda Namaza bawlayibdir. Bilmek isterdim ona qusul duwurmu? Ve menim qardawim cox tez tez mene deyirki men isteyiremki veten wehidi olum cunki gunahlar iwlemek istemirem ele wehid olsam yaxwidir. Elbetde mende bilirem ki wehidlik gozel zirvedir.
Cavab: 
Və aleykum Salam.
1) Əgər qardaşınız həddi-büluğa çatmışsa və cunub olarsa (yuxuda şəhvətlə boşalma) bu halda onun üzərinə qüsl etmək vacibdir. Həddi-büluğa çatma əlaməti və qüslü vacib edən hallar barədə daha ətraflı oxuyun:

Zina etmiş qadın zina etdiyi kişi ilə kəbin kəsdirə bilərmi?

    11.10.2020
Sual: 
Salam 1.evlilikdən öncə zina etmiş bir qadın zina etdiyi kişi ilə evlənə bilərmi? 2. Əgər atası ölmüş bakirə olmayan qadının kəbin üçün anasının razılığı olsa bəs edir mi? Qeyd edim hər iki sual hər iki tərəf subaydır. Zəhmət olmasa düzgün cavablandırardınız. Çünki bir çox mənbələr yazır ki haramdır. Hər iki tərəfdən birk tövbə etmiş olsa belə? Təşəkkülər öncədən
Cavab: 

Va aleykum Salam. 
1) Əgər hər ikisi tövbə edib Allahın yoluna qayıdarlarsa, kədirə bilərlər. Daha ətraflı:
Zina etdiyim insanla kəbin kəsdirə bilərəmmi?

Qadının zifaf gecəsindən sonra qırx gün namaz qılmaması fikri doğrudurmu?

    11.10.2020
Sual: 
Salam aleykum mənim 2 sualım var zəhmət olmasa cavablandırardız.indidən çox sağolun Allah razı olsun.1)qadınlarda 2 qaşın ortasındakı tükləri götürmək günahdırmı?2)qadın Zifaf gecəsindən sonra 40 gün namaz qılmamalıdır deyə eşitmişəm bu nə dərəcədə doğrudur?
Cavab: 
Və aleykum Salam.

Qadınların heyz (aybaşı) halı haqqında dinimizdə nə deyilir?

    06.10.2020
Sual: 
Salam size sualım var bilmek isteyirem qadın heyz halında melekler uzaqlaşır ondan yoxsa qoruyur ümumilikde heyz halında ne baş verir dinde
Cavab: 
Aleykum salam. İnsanın üzərində gözətçi olan, onu qoruyan mələklər heç bir halda ondan uzaqlaşmırlar. Uca Allah buyurur: "O Öz qulları üzərində müt­ləq ha­kimiyyət sahibidir. O sizə gö­zətçi mə­ləklər gön­də­rir". (əl-Ənam, 61).

Evli qadının subay oğlana aşiq olaraq ayrıla bilməməsi haqqında

    06.10.2020
Sual: 
Salam.Men evliyem ve subay oglanla 3 ildi munasibet yawayiram.Oglan indi meni isdemediyini deyir.Men onu evlenmeye qoymadigimi deyir ve bu uzden hemiwe dimek olarki her gun aglayiram rn agor sozleri deyib uzur agladir meni.Mende istemirem bele olsun haram oldugunu bilirem.Oglani goz yawlarima tapwiriram bu ne qeder dogrudu xaiw edirem suallarima cavab verin.Cox caresizem.Oglana awiq olmuwam.1 gun ayri qala bilmirem.Ne etmeliyem men nece etmeliyem bilmirem.
Cavab: 
Aleykum salam. Evli qadının ərindən başqa naməhrəm bir kişini sevməsi və onunla münasibətdə olması böyük günahlardandır.

Heyz deyil, xəstəlik səbəbindən qadından gələn qan orucu pozurmu?

    06.10.2020
Sual: 
Salam qadinlardan gelen qan (aybawi qani deyil) diger bir qadin xesteliyi ile bagli olsa orucu pozulurmu? Bes namaz qila biler bele halda?
Cavab: 
Və aleykum Salam. Heyz qanından əlavə xəstəliklə əlaqəli gələn qana istihazə qanı deyilir. Heyz və ya nifas halı istisna olmaqla digər hallarda qadınlardan müəyyən səbəblərə görə axan qan orucu pozmur. Həmçinin belə halda qadın hər namaz üçün təmizlənib, dəstəmaz alıb namazını qılmalıdır.

Pages