qadınlar

Heyz qüslu alandan sonra buraxılmış namazların qəzasını qılmaq lazımdırmı?

    21.07.2018
Sual: 
Axsam heyz qusulu aldim indi axsam namazi qilmaliyam? Gunorta seher namazini da? Ya tekce axsami?
Cavab: 

Salam aleykum. Heyzdən tam təmizlənənə qədər buraxılan namazların qəzası qılınmır. Heyzdən təmizlənib qüsl aldıqdan sonra isə vaxtı girmiş namazı qılmaq lazımdır. Daha ətraflı: Heyz halında namaz qılmaq olarmı?

Qaynanam məndən çox uşaq dünyaya gətirməyi tələb edə bilərmi?

    09.07.2018
Sual: 
Salam coxsagolun cavablandirdiginiz ucun menim qaynanam deyirki 4 uşaq dunyaya getirməlisen men isə istemirem artiq 2 ci uşagim olacaq ona qarşı cixmagim gunahdirmi hemde saxloya bilmirem şəraitim cox cetindir
Cavab: 

Va aleykum Salam. Dinimiz müsəlmanları nəslin artırılıb övladların çoxaldılmasına rəğbətləndirmiş və insanın evlənməsinin ən başlıca səbəblərindən birinin də nəslin artırılması olduğunu bəyan etmişdir.

Qadın axıntı gəldiyi halda paltarını dəyişmədən namazları qıla bilərmi?

    09.07.2018
Sual: 
Salam aleykum. Qadinlarda gelen axinti necis sayilmasada destemaz pozulur ve o platarda namaz qilmaq olar elemi? her namaz ucun destemaz almaliyiq tamam. menim sualim budurki her naamaz ucun yuyunub , temizlenib ele destemaz alinmalidi ya yuyunmaga ehtiyac yoxdu. Sadece destemaz alib namazi qiliriq?zehmet olmasa melumat vererdiz.

Ərim namaz qılmağa icazə vermədiyi üçün gizlində qılıram...

    07.06.2018
Sual: 
Salam.Men Namaz qiliram ve qilmaq isdeyirem amma yoldasi bilmir qikiram bilmeyinide isdenirem.Namaz qikdiqimi yoldasim bikmesiyi ucunde vaxdi vaxdinda Namzaimi qila bilmirem.Bu gunahdirmi?Ve ya qildiqim Namaz batildirmi
Cavab: 
Va aleykum Salam. Əgər mümkün deyilsə, namazları heç kəsin görmədiyi otaqda qıla bilərsiniz və bu, namazı batil etmir. Allaha çoxlu dua edin ki, ərinizə hidayət versin və kefi yaxşı olan vaxtlarda onu haqqa dəvət edin. Daha ətraflı:

Naməhrəmlə evlənmək niyyəti ilə yazışmaq olarmı?

    26.05.2018
Sual: 
Salam aleykum va raxmatullah bilmek isteuiremki zina haramdir bunu bilirem boyuk gunahdir bes zina deyerken hansjlar nezerde tutulur eger niyyeti evlenmek ucundurse yeni evlenkek ucun yazisirlarsa gorusmurlerse zina sayilir eger gkrusmurlerse ve telce yasisirlarsa odaki niyyeti vaxt kecirmej deyul evlenmekdirse zina sayilir? Xais edirem cavablandirardizda inweAllah
Cavab: 

Va aleykumus-Sələm və rahmətullah. Hər bir halda naməhrəm oğlan və qızın yazışmaları düzgün deyil. Evlənmək niyyəti ilə bir neçə dəfə təklikdə qalmamaq şərtilə (məsələn, başqalarının gördüyü, amma söhbətinizi eşitmədiyi bir yerdə) görüşüb söhbət etmək isə icazəlidir.

Pages