qadınlar

Qadının vəlisi yoxdursa, qadına kim vəli olmalıdır?

    19.03.2018
Sual: 
Salam men nisanliyam,nisanlimla kebin kesdirmek isteyirik,atam dunyasini deyisib veli ucun basqasina da deye bilmerem,ne ede bilerem,bes sahid kimi kim ola biler?mutleq 2nefer olmalidi?imam ozu bize hem veli,hem sahid ola biler?
Cavab: 
Va aleykum Salam. Əgər ata vəfat edibsə, kəbində qadının vəlisi babası, oğlu, oğlunun oğlu, əmisi, doğma qardaşı, qardaşı oğlu və s. olmağa daha haqlıdır. Əgər onlar da yoxdursa, tanınmış etibarlı din adamı və ya məscid imamı ola bilər.

Heyz qüslunu aldıqda cənabət qüslu da alınmalıdırmı?

    19.03.2018
Sual: 
Salam.Men cenabet quslu almaliydim,vaxtim olmadi ala bilmedim 3 gundur,bu gun alacaqdim ki heyz oldu.Men heyzli veziyyetde cenabet quslu almaliyam? Umumiyyetle,iki qusl da boynunda olanda birinci hansi,ikinci hansini almaliyam.Onceden tesekkurler!
Cavab: 
Va aleykum Salam. Cənabət halında qüsl almağa imkan tapmayan bir neçə gündən sonra heyz də olursa, heyzdən təmizləndikdən sonra qüsl ala bilər. Bu zaman hər ikisi üçün bir dəfə qüsl almaq kifayətdir. Yəni, heyz qüslunu alarkən cənabət qüslu da almış olursunuz. Daha ətraflı:

Qadın hüquqşünas işləyə bilərmi?

    19.03.2018
Sual: 
Salam Aleykum Rahmatullahı Berekatuhu.Sıze bır nece suallarım olacaq.1.Haram sevgıden nece qurtulmaq olar. 2.Qadın huquqsunas ısleye bılermı.3Eger muellım elm oyredırse evezınde pul alırsa ona savab vardır yoxsa gunah. 4.Men artıq delı olmusam.Seytanın vesveselerınden qurtula bılmırem.Allaha sıgınıram fayda vermır.Eveller ımanım guclu ıdı ındıse zeıfdır.Dua bele ede bılmırem.BU ALlahın sınagı ola bılermı.5.Heyvanlar Allaha sukur edırlermı.6.Men dınle mesgul oluram.Amma atam mene deyırkı sen delısen bele seylerle mesgul olma elmle mesgul ol.Men onsuzda elmle mesgul oluram.Hetta anam namaz qıl
Cavab: 
Va aleykumus-Sələm və rahmətullahi va bərakətuhu.
1. Bu cavabları oxuyun:

Yaxşı əməli edib sevindiyimə görə onu ərimə danışa bilərəm?

    12.03.2018
Sual: 
Salam Aleykum.Sizə suallarım olacaq Allahın izniylə.Hicablı qadın qaşını ala bilərmi.əyər kimsə birini aldadıb ondan pul alərsa bu o adamın anası belə olsa onun aldadıldığını ona bildirmək lazımdır?Mən yaxşılıq etməyi kömək etməyi çox sevirəm və edirəmdə.Amma edəndən sonra sevinirəm və fikirləşirəmki mən yaxşı iş gördüm.bunu yoldaşımlada paylaşıram mən.mənim elədiklərim nə dərəcədə düz və yaxud səfdir.öncədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab: 
Va aleykum Salam.

Qadını zorla ərə vermək düzgündürmü?

    11.03.2018
Sual: 
Salam aleykhm ..iki sevgili haqda sorucmaq isteyirem .amma evvel onu deyimki sevgili olan qadina zor tedbiq edib aliblar.aileli iki sevgili .bunlari bir burinden ayirmaq olmur ...bunu nece etmek olarki ayrilsinlar axi bu gunahdir ve burda erle arvadi. Gunahi nedir ..hemde Allah olari hemse qovusdurur..tovbe efifler ama aytilammirlar ..sevgililerin er qadini istemiro biri qadinsa erini ..ne etmelidirler ve niye Allah uzaqlasdirmir olari olar ne etmrlidirler.Allah istemeseyarpaq bele dusmez agacdan tebiiki hersey Allahinizniyledir.
Cavab: 
Va aleykum Salam. İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bir nəfər bakirə qız Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadına seçim etməyi təklif etdi.

Valideynlərə evlənmək haqda mövqeyimi deməyim düzgündürmü?

    11.03.2018
Sual: 
Salam.Allah sizdən razı olsun.Mən evlənmək istəyirəm,lakin ailəm həmin adamla evlənməyimə razı deyil,səbəb olaraq da bunu deyirler ki,o başqa rayondan dı yeni biz onu və ailəsini tanımırıq.. Mən ailəmi necə razı salım? Ailəmin istədiyi başqa biri ilə məcbur evlənmək istəmirəm.. Öz fikirlərimi, arzularımı ailəmə demək günahdı? Yəni öz seçimini bildirmək..
Cavab: 
Va aleykum Salam. Evlilikdə qızın könüllü olaraq öz seçimi və razılığı lazımdır. Burada əsas məsələ kimin haradan olması yox, dinə və əxlaqa üstünlük verilməsidir. Valideynə öz mövqeyinizi bildirməyiniz günah deyil, lakin valideynlər razı olmadığı şəxslə ailə qurmaq da icazəli deyildir.

Kişi boşanmağa razılıq vermirsə, necə boşanmaq olar?

    11.03.2018
Sual: 
Salam evli birinle kebin kesdirib evlenmek niyetile birlikde oldux görürem bizimki alınmır men kebini pozdurmak isteyirem oğlan razılık vermir neçe ede bilerem?
Cavab: 

Va aleykum Salam. Səbəbsiz yerə boşanma tələb etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə, Cənnətin iyi ona haram olar".

Sevgilim olduğuna görə namaz qılsam, namazım batil olurmu?

    04.03.2018
Sual: 
Essalamun aleykum . Mənim 16 yaşım var namazı bir müddət qımışam sadəcə bəzi səbəbə görə dayandırmışam ama yaxın müddətdə qayıdacam mənimsevgilim var namaz qılsam ona görə namazım batil olar? Bunuda deyim ki ailəmin razılığı ilədi. İndi mən nə etməliyəmki namazım batil sayılmasın.
Cavab: 
Va aleykum Salam. Namazı tərk etmək böyük günahdır. Uca Allah buyurur: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59). 

Hicablı qadın kiçik yaşlarında çəkdirdiyi hicabsız şəklini naməhrəmə göstərə bilərmi?

    02.03.2018
Sual: 
Hicablı olmuşam 9 yaşımdan dı 1 ci sinifde başı açıq idim 7 yaşımda yeni. O vaxtının şeklini namehrem göstermek olarmı?
Cavab: 

Salam aleykum. Ciddi zərurət hallarını (məsələn, sənəd yoxlaması) çıxmaq şərtilə müsəlman qadının hicabsız şəklini naməhrəmlərə göstərməsi icazəli deyil.

Pages