qadınlar

Ərim namaz qılmağa qoymur, nə edim?

    25.07.2016
Sual: 
salam men namaza baslamisam ancaq yoldasim meni namaz qilmagima razi deyil meni soyur agzin geleeni mene deyir men ne etmeliyem?
Cavab: 
Və aleykum Salam. Namaz qılmaq məsələsində Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).

Bir dəfəyə üç dəfə "səni boşayıram" demək boşanma sayılırmı?

    23.07.2016
Sual: 
Salam aleykum.bagiwlayin bir sualim var.niwanlimla bizim kebinimiz var.lakin aramizda cox boyuk bir naraziliq oldu qisqancliga gore.whatsappda yaziwarken sozlerimiz ust uste duwmediyi ucun o mene 3defe meni cezalandirmaq ucun bowayiram dedi.biz bowanmiw sayiliriq? Tezden kebin kesdirmeliyik?
Cavab: 

Və aleykum Salam. Üç dəfə ardıcıl "səni boşayıram" demək bir dəfə boşamaq sayılır. Siz heyz olana qədər nişanlınız sizi kəbinsiz qaytara bilər. Bu da cinsi yaxınlıq ilə mümkündür. Heyzdən sonra artıq boşanmış sayılırsınız və yenidən kəbin kəsdirmək lazımdır.

Ərim hicab bağlamağa icazə vermir, nə edim?

    20.07.2016
Sual: 
Salam.xais edirem mene bir meslehet veresiniz.men namaz qilib oruc tuturam.hicaba kecmek isdeyirem.yoldadim menimle dalawdi ku,olmaz hucab baglamaq.ne vaxt birdefelik Azerbaycana kocub getsek,o zaman taxarsan dedi.burda rusiiuyada pis baxirlar.terrorist kimi baxirlar.mene icaze vermir.axi men ne edim.uc usaqim var.bunun ucun bowanim ya yox?
Cavab: 
Və aleykum Salam. Hicab Allahın əmridir və qadın hicab bağlamadığına görə böyük günah qazanır. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar.

Üç qızı olan Cənnətə girirmi və digər suallar

    19.07.2016
Sual: 
Salam1Mollanın uşağın qulağına adını deməsi düzgündü?2Müvəqqəti döymə olar?3Yeməyi bitirdikdən sonra Allah artıq eləsin demək olar?4Allahın adını hansısa uşağa qoyduqda adın qarşısına Əbdür sözü əlavə etmək olar?5Beynindən musiqinin keçməsi və yaxud ürəyimdə züm-zümə etsəm günah sayılır?6Kiməsə gülü verdikdə onun cüt və tək olmasının fərqi var?7Üç qızı olan cənnətə daxil olar sözü doğrudur?8Çörəyi bıçağla kəsmək olar?9Suyu içdikdə yeməkdə olduğu kimi bismilləh demək olar?10Ayaq üstündə yemək yemək və su içmək olar?11.El arasında deyilən ağ əti yemək olar?Yəni qoyun əti bizə halaldı.Amma qoyun
Cavab: 

Va aleykum Salam.

Qadınlar xüsusi günlərində dua və zikr edə bilərlər?

    12.07.2016
Sual: 
Qadinlar xususi gunlerinde dua efib zikr ede biler
Cavab: 
Salam aleykum. Heyz olan qadın dua və zikr edə bilər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, biz həcc ziyarətini yerinə yetirmək məqsədilə yola çıx­dıq. (Nəhayət,) gəlib Sərifə (Məkkənin on bir kilometrliyində yerləşən yerdir) çatdıqda mən heyz oldum.

Həyat üçün təhlükə olduqda hamiləliyə son vermək olarmı?

    03.07.2016
Sual: 
salam iki ayliq hamileyem ve baqirsaq qanaxmasindan eziyyet cekirem hekim hamileliyime son vermeyimi isdeyir heyatim ucun tehluke var men ne etmeliyem gunah olmasin?
Cavab: 
Və aleykum salam. Əgər inanılmış, peşəkar həkimlər ananın həyatı üçün ciddi təhlükə olduğunu deyirlərsə, bu halda abort etdirmək günah sayılmır. Digər bütün hallarda isə abort günahdır.

Pages