Qadınla kişinin namazı fərqlidirmi?
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) qadınlar üçün xüsusi namaz qılma qaydası göstərməmişdir, ona görə də, kişilərlə qadınlar eyni cür namaz qılır. Fərq isə qadının namaz vaxtı hicabda olmasıdır. Həmçinin, qadınların camaat namazında bəzi fərqlər var.