qadınlar
Ərimin hicab bağlamaq əmrinə etiraz etməklə günah qazanırammı?
Və aleykum Salam. Hicab bağlamaq Allahın əmridir, bunu etməyənlər böyük günah qazanır. Daha ətraflı: Hicab - azadlıqdır!
Qüsl alarkən başa suyu necə tökməyin fərqi varmı?
Salam aleykum. Qüsl almaq üçün başa üç dəfə su tökmək vacib deyil. Sadəcə, qadınlar cənabət qüslu alarkən saçlarını tam islatmaq istəməsələr, başa 3 dəfə tökmələri kifayət edir. Digər hallarda isə suyu duşla və ya qabla tökməyin fərqi yoxdur.
Hicablı qadın kapron corab geyinə bilərmi və digər suallar
Və aleykum salam
Heyzdən 2-3 gün əvvəl qan gəlməsi orucu pozurmu?
Aleykum salam. Əgər heyz qanıdırsa, oruc pozulur, əks halda oruca davam edirsiniz. Daha ətraflı: Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?
Uşaqlı qadın yalnız fərz namazlarını qıla bilərmi?
Salam aleykum. Sünnət namazları qılmamaq günah deyil, amma savabdan məhrum olmaqdır. Ona görə də, uşaqlı qadının vaxtı yoxdursa, yalnız fərz namazları qıla bilər.
Ürəyim təmizdirsə, dəstəmazdan qabaq dırnaqdakı lakı silməsəm olarmı?
Və aleykum salam. Dırnağa lak vurmaq haram deyil. Amma dəstəmaz alanda əllərin hər yerinə su dəyməsi vacib olduğu üçün lak silinməlidir. Heyz halında namaz qılınmadığı üçün dırnaq laklı qala bilər.
Qadınlar namaza iqamə ilə başlamalıdır?
Qadın hicab geyinməyərək ərinə itaətsizlik edirsə, nə etmək lazımdır?
Qadın saç kəsə bilərmi?
Salam aleykum. Çox qısa olub kişiyə bənzəməmək şərtilə qadının özünün və başqa qadınların saçını kəsə bilər. Daha ətraflı: Qadının saçı ən azı hara qədər olmalıdır?