Necə bilim ki, Allah Təala tövbəmi qəbul edib məni bağışlamışdır?
Salam aleykum. Bilmək lazımdır ki, Uca Allah tövbələri qəbul edən və çox bağışlayandır. Allah Təala insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir.
Salam aleykum. Bilmək lazımdır ki, Uca Allah tövbələri qəbul edən və çox bağışlayandır. Allah Təala insanları tövbə etməyə çağırır və tövbələri qəbul edəcəyini vəd edir.
Aleykum salam. İslamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız.
Aleykum salam. Bilməyərək günah etmək bağışlanır. Həmçinin, günaha peşman olmaq tövbə sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Tövbə etdikdən sonra insanın günahı xatırladıqda ondan sarsılması tövbənin qəbul olunmasının əlaməti hesab olunur.
Aleykum salam. Övlad valideyn üçün bağışlanma diləyə bilər.
Aleykum salam. Sözsüz ki, hər bir zülm - istər maddi, yaxud mənəvi olsun - hamısı günahdır. Əgər gözüyaşlı qoyulan valideyndirsə, günahı daha böyükdür. Bunun kəffarəsi isə həmin insanı sevindirməkdir.
Salam aleykum. Bir əməli günah sayıb tövbə etsəniz, sonra bu əməlin günah olmadığını öyrənsəniz, bunda bir qəbahət yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) namazda belə dua edərdi: "Allahım!
Və aleykum salam. Bu cavabları oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
Günahı necə tərk edim?
Aleykum Salam. Hər bir günahdan sonra tövbə etmək lazımdır: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
Va aleykum Salam. Bəli, Uca Allah tövbələri qəbul edir: "Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (əl-Maidə, 39).
Salam aleykum. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Peşmançılıq tövbədir". (Hədis səhihdir). Allahdan bağışlanma diləmək, sonra isə bir daha günaha qayıtmamaq üçün cəhd göstərmək lazımdır. Tövbə sözünün mənası qayıtmaq deməkdir.