Dəstəmaz alanda şübhə gələrsə nə edim?
Sual:
salam men destemaz alanda ozumozumden subhelenirem ona gore de destemaz alanda cetinlik cekirem ne ede bilerem xais ediremsualimi cvblandirin sagolun
Cavab:
Və aleykum Salam. Əgər şübhə dəstəmaz alarkən niyyət məsləsində gəlirsə ki, "niyyəti düz etmədin" və ya "niyyət etmədin", bilin ki, sizin dəstəmaz almağı bilməyiniz kifayətdir. Onu dil ilə deməyə, ürəkdən keçirtməyə ehtiyac yoxdur.