Quranda şirinlik duası varmı?
Sual:
Salam menim sevdiyim var 7ildi sevirem 10ildide o sevir aramizda elaqe olmamasina baxmayaraq ayrıla unuda bilmirik heç vaxt elaqe olmayib uzaqdan sevmişik ailesi ata ve anasi menimle evlenmesine razı deyil qalan hamı razıdı mene meslehet veriblerki qurandan şirinlik mehribanlıq onların üreyine yol tapmağa göre dua yazdıraq 2insan edib alınıb siz ne meslehet verirsiz zehmet olmasa cavablayasız
Cavab:
Aleykum salam. Nə Quranda, nə də hədislərdə şirinlik duası deyilən bir dua yoxdur. Allahdan sizin üçün gələcək həyatında xeyirli olanları diləyin, xeyirli olmayandan isə Allaha sığının.