xurafat

Heyzli qadının bilmədən möhürə toxunması günahdırmı?

    15.04.2020
Sual: 
Salam bagislayin heyzde olarken eline bilmeden mohur almaq gunahdi?
Cavab: 

Aleykum salam. Möhür dinimizə sonradan gətirilən yenilikdir (bidətdir). Nə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun), nə də onun səhabələri (Allah onlardan razı olsun) möhürlə namaz qılmamışlar. Bu baxımdan digər əşyalar kimi heyz halında ona toxunmaq günah deyil.

"Yer üzü mənim üçün səcdəgah və təmizlik üçün vasitə edildi" hədisinin şərhi nədir?

    02.04.2020
Sual: 
Salam Aleykum.Möhürle namaz qılmaq niye bidetdir?ferqi nedir xalçaya secde etdin yada daşa.Kebe evinde camaat Mesçidül Heremin daşlarına secde edirler.Peyğember (s) buyurur: Torpaq (yer) menim üçün secdegah ve pak-pakizelik vasitesi qerar verilmişdir”. Buxari 1 c. Seh 91. Hedis № 2(Kitabus-Selat)
Cavab: 

Va aleykum salam.

Başa duz və ya üzərlik çevirmək gözdəymədən qoruyurmu?

    17.03.2020
Sual: 
Salam.Qizim uzaqdadir. Onun bashina duz ya da uzerlik cevirmek isteyirem Bunu shekline etsem olarmi ve ya sadece adini soylesem?
Cavab: 
Va aleykumus-sələm. Gözdəyməkdən qorunmaq üçün başa duz və ya üzərlik çevirmək düzgün deyil. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə gözdəymənin haqq olduğunu bildirmiş və ondan qorunmağın yolunu da göstərmişdir.

Ölüyə Fatihə vermək olarmı?

    30.01.2020
Sual: 
Ölüye Fatihe vermeyin qaydası nece olur ve ya hansı sözler deyilmelidi?
Cavab: 

Əssələmu aleykum. "əl-Fatihə" surəsi Qurani Kərimin birinci surəsidir. "əl-Fatihə" sözünün mənası "Quranı açan" deməkdir. Qurani Kərim bu surə ilə başladığı üçün belə adlaanmışdır. Həmçinin namaz bu surə ilə başlayır. Uca Allah Quranı ölülərə oxumaq üçün nazil etməmişdir.

Türbəsi Beyləqanda yerləşən Cərcis adlı peyğəmbər həyatda mövcud olmuşdur?

    10.12.2019
Sual: 
Əssalamü aleykum Cərcis adda peyğəmbər varmı? Və Beyləqanda var türbəsi
Cavab: 
Və aleykum Salam. Səhih tarixi mənbələrdə Beyləqanda türbəsinin olduğu iddia olunan şəxsin Cərcis adlı bir peyğəmbər olması barədə hər hansı bir məlumat bildirilməmişdir. Qurani-Kərimdə adları çəkilən 25 peyğəmbərin arasında da onun adı qeyd olunmur.

Pages