xurafat

Genetik hesablama yolu ilə uşağın cinsini təyin etmək günahdırmı?

    05.12.2019
Sual: 
Salaam aleykum genetik hesablamayla usaqin cinsiyyetini irelcadan bilmek haramdır mi?
Cavab: 
Və aleykum Salam. Uşağın qız və ya oğlan olacağını əvvəlcədən təyin mümkün deyildir. Çünki bu, Allahın işidir. Rəvayət edilir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Həqiqətən, Allah ananın bətnində bir mələk təyin etmişdir.

Niyə meyiti üç dəfə "Allahu əkbər" deyərək qaldırıb yerə endirirlər?

    25.11.2019
Sual: 
insan ölerken niye tabutdaki meyiti 3defe Allahu ekber deyib qaldirib endirirler? Bu bidetdi yoxsa vacibdi ??
Cavab: 

Salam aleykum. Meyiti üç dəfə "Allahu Əkbər" deyərək qaldırıb yerə qoymaq şəriətimizdə yoxdur. Bu, bəzi din xadimlərinin özlərindən uydurduğu bidətdir (dində yenilikdir). Dəfnin şəriətə uyğun aparılması barədə bu cavabı oxuyun:

Allah tərəfindən kiməsə vergi verilə bilərmi?

    12.11.2019
Sual: 
Salam, Allah tərərfindən bir insana vergi verilməsi doğrudurmu? Neçə vaxt xəstə yatıb düzələndən sonra bunu bilib.
Cavab: 

Va aleykum salam. Ümumiyyətlə dinimizdə "vergi" deyilən bir anlayış yoxdur. Bu, bəzi yalançı və dələduz insanların avam camaatı aldatmaq və onların pullarını mənimsəmək üçün istifadə etdikləri üsullardan biridir.

İstixarə mənfi çıxarsa, yenə istəmək olarmı?

    07.11.2019
Sual: 
Salam Aleyküm. İstixarede menfi çıxdığı teqdirde yene de istemek ne derecede düzgündü? Bir şey olmursa ola bilermi ki sonradan Allahın izniyle olsun?
Cavab: 

Va aleykum salam. Dinimizdə "İstixarə" dedikdə, iki rükət namaz qılıb sonra görmək istədiyin işi Allaha həvalə etmək, işin xeyirli olacağı təqdirdə Allahdan onun həyata keçməsini, əks halda isə onun baş verməməsini diləmək nəzərdə tutulur.

Ölülər üçün Quran oxunurmu?

    09.10.2019
Sual: 
Salam aleykum imamlarin hedislerinde oluler ucun sure oxunur amma sizin saytda yazilib ki oxunmur
Cavab: 

Va aleykum Salam. İmamlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) davamçıları olmuşlar. Onlar din barədə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etmədiyi və buyurmadığı bir şeyi deməmişlər.

Qəbirstanlığa girərkən salam verməyimiz ölülərin eşitməsi anlamına gəlirmi?

    09.10.2019
Sual: 
Əs sələmu aleykum. Peyğəmbər (s.a.s) dünyasını dəyisəndə deyirlər Hz Ömər deyib ki, Buna nə olub sayiqlayir? Bu barədə səhih mənbələrlə izah verərdiniz zəhmət olmasa 2. Bir də ölülər bizi eşitmir bilirik. bəs nə üçün qəbristanlıga gedəndə salam olsun mömin diyarin insanlarına deyib giririk qəbristanlığa? İzahini verərdiz bir zəhmət
Cavab: 

Va aleykum salam.

Pages