xurafat

Quran açdırmaq olarmı?

    31.08.2020
Sual: 
Men axr evdeklerden dalasram zehmet olmasa mene bir quran acın baxa bilersiz1
Cavab: 

Salam aleykum. Dinimizdə Quran açdırmaq deyilən bir anlayış yoxdur. Uca Allah Quranı oxuyub ibrət almaq və əməl etmək üçün göndərmişdir. Fala baxdırmaq, Quran açmaq, açdırmaq, falçıdan kömək ummaq və s. ən böyük günahlardandır. Daha ətraflı:

İmamlar qeybi biliblərmi?

    31.08.2020
Sual: 
Salam Aleykum. Rafizilər deyirlərki imamlar yəni 12 imam qeybi görə bilirlər deyirəmki bu ALLAHIN Rəsulu a.v aiddi deyirki tək Peyğəmbərə aid deyil 12 imamda qeybi görə bilir. Və birdə deyirlərki İmam Əli r.a 3 günlüy olanda Peyğəmbərin(s) qucağında muminun surəsini oxuyub deyirəmki İmam Əli r.a doğulanda Quran nazil olmamışdı deyirki buda o deməydirki İmam Əli r.a qeybi görüb. ALLAH Razı Oısun qardaş
Cavab: 

Aleykum salam. Qeybi Uca Allahdan başqa heç kəs bilmir. Uca Allah bu xüsusda buyurur: "De: "Allahdan başqa göy­lərdə və yerdə olanların heç biri qey­bi bilməz. Onlar nə za­man diriləcəklərini belə bil­mir­lər". (ən-Nəml, 65).

Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) şəfaət istəmək olarmı?

    29.08.2020
Sual: 
esselemu aleykum rehmetullahi ve bereketuhu Peygemberin sellallahu aleyhi ve sellemin eşitdiyini etiqad ederek gedib ondan şefaet istemekki qiyamet gunu çenü sefaet edersen bu böyük şirkdir ya bidetdir ? böyük şirkdise imam nevevi şirk edib ve ya bidet edib bu meselede bele demek olar ?
Cavab: 

Va aleykumussələm va rahmətullahi va bərakətuhu. Ölmüş bir insanın qəbrinə gəlib onun eşitdiyini etiqad edərək ondan Allah yanında onun üçün şəfaət istəmək ən aşağısı bidət və zəlalətdir.

Qızın bəxtini necə açmaq olar?

    03.08.2020
Sual: 
Bir qizin bəxtini necə acmaq olar.onu istəyən coxdu amma evinə elci gələn yoxdu.
Cavab: 
Əssələmu aleykum. Dinimizdə kiminsə bəxtini açmaq və ya bağlamaq kimi anlayış yoxdur. Uca Allaha çoxlu dua edərək sizə xeyirli həyat yoldaşı yetirməsini istəyin və çoxlu ibadət və xeyirli əməllər edin. Daha ətraflı:

Qaynanama cadu olunduğundan şübhələnirəm, nə edə bilərəm?

    03.08.2020
Sual: 
Men qaynanama cadu olundugundan subhelenirem. Tez tez yuxularimi qatiram. Evde 2 gelinik. Meni her zaman cox isteyirdi. Indi son 6 aydi ne etsem ona xos gelmir. Yenede hormetini saxlayiram. Ama meni tez tez acilayir. Agzina geleni deyir. Usaqlarima qargayir. 6 ay bunnan evelecen hec bele deyildi. Mene oz qizi kimi davranirdi. Ne oldusa diger gelinin anasinin onu falci yanina aparmasinnan sonra oldu. Men neyniye bilerem? Birde subheleniremki gelin ay basi qani icirdib qaynanama. Erine veiridiki ona baglansin. Deyrem beke qaynanamada veribki onu cox istesin
Cavab: 

Salam aleykum. Əvvəla bunu qeyd edək ki, qaynananızın sizə qarşı olan münasibətinin pisləşməsi müxtəlif səbəblərdən baş verə bilər. Hər bir halda siz ona qarşı hörmətlə yanaşın və gözəl əxlaq nümayiş etdirin. Onun sizə qarşı etdiklərini yaxşılıqla dəf edin.

Biokinezi ilə göz rəngini dəyişmək günahdırmı?

    09.06.2020
Sual: 
Salam. Biokinezi ilə göz rəngini dəyişmək günahdırmı? Çox sağolun.
Cavab: 

Aleykum salam. Biokinezi - insanın öz düşüncə və xəyali gücündən istifadə edərək vücudunda və orqanizmində dəyişikliklər aparmasına deyilir. Bu müalicə elmi cəhətdən həqiqəti olmayan xəyali bir düşüncədir. Nə tibb elmində, nə də fizika elmində belə bir şey yoxdur.

Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi doğrudurmu?

    19.05.2020
Sual: 
Salam əleykum.Hezret Elinin günəşlə danışması hadisəsi doğrudurmu?
Cavab: 

Aleykum salam. Yəqin ki, Əlinin (Allah ondan razı olsun) Günəşlə danışması hadisəsi dedikdə Əlinin (Allah ondan razı olsun) Günəş batdıqdan sonra Əsr namazını qılmadığı üçün Günəşin geri qayıtması üçün müraciət etməsi, Günəşin də batdıqdan sonra geri qayıtmasını nəzərdə tutursunuz.

Ölüyə salavat demək olarmı?

    15.05.2020
Sual: 
Salam aleykum Ölüyə salavat demək olar? Bu nə dərəcədə düzgündür, ətraflı yazardız zəhmət olmasa, Allah sizdən razı qalsın, elminizə bərəkət versin Amin!
Cavab: 

Aleykum salam. "Salavat gətirmək" dedikdə, Allahdan Peyğəmbərə və onun ailəsinə xeyir-dua istəmək nəzərdə tutulur. Uca Allah buyurur: "Həqiqətən də, Allah və Onun mə­ləkləri Peyğəmbərə xeyir-dua verir­lər. Ey iman gə­tirənlər!

Arzusunda olan adamı ziyarətə göndərən şəxs onun əməlini etmiş kimi sayılırmı?

    15.05.2020
Sual: 
Salam Aleykum.eshitmishemki arzusunda olub gede bilmeyen adami mesumlarimizin ziyaretine(meshed,kerbela,hecc,umre)gonderende Allah da gonderen insani ziyaret etmish kimi qebul edir.bu duzdu?
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah bizə Quranda yalnız həcc və ümrə ziyarətlərini buyurmuşdur. Uca Allah buyurur: "Allah üçün həcc və ümrəni tam yerinə yetirin". (əl-Bəqərə, 196). Məşhəd və Kərbəla ziyarətlərini isə dinimiz buyurmamışdır.

Pages