xurafat

Mənə verilən yazılı bir kağıza görə 13 gündən sonra məni fəlakət gözləyir. Bu doğrudurmu?

    21.05.2014
Sual: 
salam mənə 1 neçə gün bundan əvvəl 1 kağız verilmişdi kağızda 13 yaşlı qizdan danışılırdı qızın dediyinə görə əgər mən o kağzı paylaşmasam məni 13 gün sonra fəlakət gözləyir bu düzgündür.
Cavab: 

Aleykum salam. Bu kimi inanclar xurafat və mövhumat xarekterli batil fikirlərdir. İslam dininə görə günlərin, ayların, illərin və ya hər hansı bir əlamətin uğursuz olması anlayışı yoxdur.

Mənə şər yaxanları danışdırmaya bilərəmmi?

    14.05.2014
Sual: 
Salam aleykum. Menim bu yaxnlarda bashima bele bir hadise gelib. Men hicab baglamaq isteyirem. Size bir defe sual vermishdim ki, anam raziliq vermir. Bir defe qonshumuz bizde idi. Men hicab baglamaq istediyimi deyende, mene dedi ki, sen vehhabisen? Mene chox pis tesir etdi. Axi hicab Allahin emridir. Bu da deyir vehhabi. Sonra men hazirliqda olanda nenem mene dedi ki, qonshu (yenede) sual verib ki, neven vehhabidi beyem? Ustelik bunu deyen namaz qilandir. Ancaq qeybet edir, ara qarishdirir.
Cavab: 

Aleykum salam. Sizin buna görə hirslənməyiniz yaxşıdır və Allaha xoş gedir. Dili qorumaq şərti ilə bu cür hirslənmək bəyənilən əməllərə daxildir.

Yuxuda pirə gedənləri görmək nə anlama gəlir?

    12.05.2014
Sual: 
Salam aleykum. Men bir az evvel yuxu gordum. Sinif yoldashlarim dunen ekskursiyaya gedibler. Getdikleri yer Xidirzinda piri ve Bucovre idi. Men pire inanmiram, ona gore de getmedim. Amma getmemeyimin sebebini hech kime demedim. Chunki, pire inanmayanlara vehhabi deyirler. Men bilirem ki, getmek gunahdir. Indi ora gedenlerden birini yuxumda gordum, mene dedi ki, ''ancaq haram yerlere getdik''. Bu yuxu ne anlama gelir?
Cavab: 

Aleykum salam. Bu yuxuda sizə ora getməyin haram olduğunu söylədilər. Bu yuxu elə olduğu kimi yozulur. 

Ələm və ocaq haqqında

    10.05.2014
Sual: 
Salam aleykum. Elem nedir? Evde elem saxlamaq ve ona nezir baglamaq ne derecede dogrudur? İkinci sualim ise beledir. Ele bir shey ola bilermi ki, kiminse heyetinde ocaq yaransin? Xahiş edirem ki, bu iki sual barede delillere esasen geniş ve izahli achiqlama veresiniz.
Cavab: 
Aleykum salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında ələm olmamışdır. Bu sonradan dinə gətirilən bidətlərdən biridir. Çünki bunu Uca Allah və Onun elçisi (salləllahu aleyhi və səlləm) buyurmamışdır.

Deyirlər ki, Allahın bəd nəzərdən xəbəri yoxdur. Bu fikir doğrudur?

    06.05.2014
Sual: 
Salam aleykum. Deyirler Allahin gozden, nezerden xeberi yoxdur. Kime deyirsen hami bele deyir. Amma men bele fikirleshmirem. Chunki Allahin qadir ola bilmeyeceyi heç ne yoxdur. Xahiş edirem ki, bu suala cavab yazasiniz.
Cavab: 

Aleykum salam. Uca Allahın gizli və aşkar olan hər bir şeydən xəbəri vardır. Uca Allah buyurur: "Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?" (əl-Bəqərə, 77).

İmam Mehdi necə zühur edəcək?

    04.05.2014
Sual: 
Salam aleykum. Menim qaynimin oglunun adi Sahibdir ve onun 4 yashi var. Yoldashim ona "Sahib ez Zaman" deyir. Men deyirem ki, ele deme, gunahdir. Deyir ele belke bu hemin imam Sahibdir. Bu ne derecede dogrudur? Bilmek isterdim ki, imam Sahib ez Zaman nece zuhur edecek?
Cavab: 

Aleykum salam. Sahib adını qoymaqda heç bir problem yoxdur. Lakin heç bir kəsi Sahib əz Zaman (zamanın sahibi) deyə çağırmaq olmaz. Çünki zamanın sahibi (ağası) yalnız Uca Allahdır. Əslində isə həmin insana Mehdi deyilir. Mehdi əhli beytdən olan bir kişinin ləqəbidir.

Hicablı qadın mütləq qara geyinməlidir?

    04.05.2014
Sual: 
Salam aleykum. Men hicabliyam ve bilmek isterdim ki, hicabli sirf qara geyinmelidi ya nece? Bilirem qara geyimi namehremi ozumuze celb etmemek uchun geyinmeliyik. Amma bir neferden eshitdim ki, qara cehennem libasidir. Qarani bir tek meherrem ayinda imam Huseynin (aleyhi-s-sələm) yasini tutub geyinmelisen ve yaxud yaxinin rehmete gedende. İndi bu meseleni lap deqiq derinden bilmek isterdim. Birde ki, hicabli qadin makiyaj ede bilermi? Onceden teshekkurler. Allah razi olsun!
Cavab: 

Aleykum salam. Müsəlman qadının sırf qara rəngdə paltar geyinməsi vacib deyildir. Əsas şərt odur ki, geyindiyi libas dar, şəffaf, cəlbedici olmasın.

Azan səsi gələndə niyə qəribə hadisələr baş verir?

    04.05.2014
Sual: 
Salam aleykum. Allah Teala herden tebietin en pis hadiselerini ozu gonderir ki, insanlarI cezalandirsin! En chox da xarici olkelere ve bunda derinden basha dushub ibret goturen insanlar uchun deliller vardir. Menim size bir sualim var. Biz kend yerinde yashadigimizdan Allahin mocuzelerine tez-tez rast gelirik. Meselen, bu mocuzelerden biri havanin axsham cagi azan vaxtina qeder sakit olmasidir. O ki, azan chekilir ve azanin sesi gelen kimi qeribe bir meh gelir. Hemen meh agaclari sirkeleyir. Azanin sesi kesilen kimi meh daha esmir.
Cavab: 

Aleykum salam. Azan verildiyi zaman hər hansı bir təbiət hadisəsinin baş verməsi haqda heç bir səhih məlumat yoxdur. Bilmək lazımdır ki, təbiət hadisələrini insanın həyatı və ya dini məsələlərlə əlaqələndirmək olmaz. Bu insanın azmasınna gətirib çıxara bilər.

Torpağın üstündə səcdə etməyin xeyri haqda yaza bilərsinizmi?

    02.05.2014
Sual: 
Salam aleykum. Biz kend yerinde yashadigimizdan evimiz heyet evidir. Men isteyirem ki, herden bir heyetimizde torpagin ustunde namaz qilim. Bele etsem yaxshi olarmi? Siz mene meslehet verinde! Men butun gunu ilahiyyatchilarin mouzelerine qulaq asiram ve ilahiyyatchidan eshitdim ki, insan torpaginda ustunde Allaha secde edende Allah Tealanin qabaginda daha kichilir. İnsan torpaginda ustunde Allaha secde etmeyin xeyrini yazinda Allah komeyiniz olsun!
Cavab: 

Aleykum salam. Təmiz olan hər bir yerdə namaz qılıb Allaha səcdə edə bilərsiniz. İstər evdə, həyətdə, istərsə də digər yerlərdə. Yetər ki, səcdə edəcəyiniz yer şəriətin murdar hesab etdiyi şeylərdən pak olsun.

Qurana əl basaraq and içmək olarmı?

    30.04.2014
Sual: 
Salam aleykum. İlk öncə sizə çox təşəkkür edirəm ki, belə sayt açmısınız. Allah sizdən razı olsun. Mən günahım olmadan məni ittiham etdiklərinə görə, mən yalan demədiyimi sübüt eləmək üçün Qurana əl basaraq Qurana and içmişəm. Bunun günahı varmı?
Cavab: 

Və aleykum Salam. Dinimizə görə ittiham edən tərəf sübut gətirməli, ittiham olunan tərəf isə (yəni, siz) and içməlidir. İslama görə Allahdan başqasına and içmək qadağandır, Qurana isə yalnız Uca Allahın kəlamı kimi and içmək olar. Amma əl basaraq and içmək düzgün sayılmır.

Pages