Son məqalələr

Ramazanda edilən ibadətlərin qəbul olmasını bildirən əlamət

    31.03.2025

Möhtərəm müsəlmanlar, az öncə xeyir və bərəkət ayı olan Ramazan ayında idik. Gündüzünü oruc tutur, gecəsini isə namazla keçirirdik. Allaha müxtəlif ibadətlərlə yaxınlaşmağa çalışırdıq. Artıq bu mübarək mövsüm başa çatdı. Bundan bizə qalan isə yalnız saleh əməllər oldu. İnsanın bütün ömrü belə keçir, hər ötən saat, gün, ay ömrümüzü qısaldır və bizi Axirətə yaxınlaşdırır. Axirətdə bizə fayda verən isə yalnız saleh əməllərimiz olacaq.

Ramazan ayının son on günü

    17.03.2025

Möhtərəm müsəlmanlar, mübarək Ramazan ayındayıq və qarşıdan Ramazan ayının son on günü gəlir. Uca Allah Ramazan ayının son on gününü Ramazanın digər günlərindən fərqləndirmiş və bu günləri bir çox xüsusiyyətlərinə görə fəzilətli etmişdir. Bu xüsusiyyətlər aşağıdakılardır: 

Ramazan ayının orucu

    28.02.2025

Ramazan ayının orucu Quran ayələrinin və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinin açıq-aydın mətnlərinə əsasən fərzdir (vacibdir). Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183).

Mübarək Ramazan ayını necə qarşılayaq?

    20.02.2025

Möhtərəm müsəlmanlar, hal-hazırda Şaban ayının son günlərindəyik. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah Ramazan ayını digər aylardan üstün etmişdir. Uca Allahın fəzlilətli ayları, günləri və yerləri bildirməsi qullarına olan rəhməti və lütfüdür. Bunda olan hikmət isə bu zamanlarda və məkanlarda savabların artırılmasıdır. Ramazan ayında Qurani Kərimin nazil olması və İslamın ərkanlarından biri olan oruc ibadətinin məhz bu ayda yerinə yetirilməsi onun fəzilətinə kifayət edir.

Allaha sevgi, ümid və qorxu ilə ibadət etmək

    06.02.2025

Möhtərəm müsəlmanlar! Qurani-Kərimin ayələrinə diqqət etsək görərik ki, Uca Allah bir çox ayələrdə qullarını yaxşı əməllərə rəğbətləndirir və bu əməlləri artırsınlar deyə, onlara vəd etdiyi mükafatı bildirir, bu ayələrin ardınca isə pis işlərdən çəkindirir və bu əməllərdən uzaq dursunlar deyə, buna görə verilən cəzanı bildirir. Həmçinin bir çox ayələrdə qullarına Cənnəti vəsf edir və onu qazanmağa can atsınlar deyə, orada əməlisaleh qullarına hazırladığı nemətlərdən və əbədi həyatdan bəhs edir.

Harada olursansa ol, Allahdan qorx!

    31.12.2024

Bu məqalədə Peyğəmbərin ﷺ məzmunu qısa, lakin mənası dərin olan hədislərindən biri barədə danışacağıq. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ mənə dedi: “Harada olursansa ol, Allahdan qorx! Günahın ardınca yaxşı əməl et ki, günahı silib aparsın və insanlarla gözəl əxlaqla rəftar et”. (ət-Tirmizi, 1987).

Yaxşı dostla pis dostun misalı

    12.12.2024

İslam dini dostluğa böyük önəm verir. Dinimiz dostluğun insanın həyatına, əxlaqına və dininə böyük təsirini nəzərə alaraq, Qurani-Kərim və Sünnədə bu mövzuda sərhədlər müəyyən etmişdir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ belə dediyini rəvayət etmişdir: “Yalnız mömin kəslə dostluq et və yeməyini də yalnız müttəqi - Allahdan qorxan kəs – yesin!” (Əbu Davud, 4832; ət-Tirmizi, 2395).

Qış möminin baharıdır

    27.11.2024

Möhtərəm müsəlmanlar! Qış mömin üçün ibadət və hikmətlə dolu xüsusi bir zamandır. Uca Allah hikmət sahibidir və yaratdığı hər şeydə dərin mənalar vardır. Allah insanı yalnız Ona ibadət etsin deyə yaratmışdır: “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (əz-Zariyat, 56). Həyatımız isə əbədi olan Axirətə bir keçid mərhələsidir. Mömin dünyada bir müsafir kimidir – müvəqqəti dayanacaqda qalıb öz əsl yurduna, Axirətə yol alır.

Pages