ailə

Kəbin kəsdirmək üçün qadının namaz qılıb hicab bağlaması şərtdirmi?

    26.01.2026
Sual: 
Salam menim sevdiyim insan namaz qılır men yox ve men ona kebin deyirem deyir islama uyğun deyil sen namaz qilib hicab geymelisenki biz seninle kebin kese bilek belə birşey var?islamda
Cavab: 

Və aleykum Salam. Həddi-büluğa çatmış qadının namaz qılıb hicab geyinməsi vacibdir. Lakin kəbin kəsdirmək üçün namaz qılmaq və hicab geyinmək şərt deyil. Sadəcə kişinin evlənmək istədiyi qadına belə bir şərt qoyması icazəlidir. Həmçinin oxuyun:

35 yaşım var hələ də subayam mənə nə məsləhət edərdiniz?

    24.01.2026
Sual: 
Əssalamu Aleykum mənim istədiyim qız olub yəni qız ilə bir birimizi istəmişik Aləsi razı olmayıb ayırdılar bizi evlənə bilməmək səbəbim budur, mən sizlərdən məsləhət istəyirəm indi isə 35 yaşım var hələdə subayam inandım qızı gözlədim amma nəsib olmadı evlənmək indi neyniyə bilərəm?
Cavab: 

Və aleykum Salam. Özünüzə uyğun bir qız tapıb evlənin və həyatınızı Allaha həsr edin. Həyat davam edir. İnsanın dünyada əsas məqsədi Allaha ibadət və Axirəti qazanmaq olmalıdır. Ailə sadəcə bu məqsədə yardım edən bir vasitədir.

Qadın naməhrəm qohumların dəvətinə cavab verə bilərmi?

    24.01.2026
Sual: 
Salam aleykum. Sualımı tam olaraq necə verəcəyimi bilmirəm. İslam yolunda olmayan yəni haqq yolunda olmayan qohumlarla necə rəftar eləmək lazımdı? Qonaq çağıranda getmək olar? Qonaqlıqda deyib gülmək olar birlikdə? Özümü necə aparacağımı bilmirəm
Cavab: 

Və aleykum Salam. Əgər çağırılan məclis şəriətlə qadağan olunan məclis (batil bayramlar və ya ad günü kimi) deyilsə, habelə məclisdə haram olan qidalar (içki, donuz əti və s.) və ya musiqi yoxdursa, bu halda qohumların dəvətini qəbul edə bilərsiniz.

Atam içki içəndir, onu bu yoldan necə çəkindirə bilərəm?

    24.01.2026
Sual: 
Əssələmu aleykum və rahmətullah. Atam içki içir və mən namaz qılmaq istəyirəm, duzu bir az deyə deyə azaldıb atam. Ama Allaha yaxınlaşmaq istəyirəm ve bu yola atami da daxil etmək istəyirəm. Anam razıdır baş örtməyə. Atam bir çox şeylərə (başqa dinlərə çox tez inanir) indi İslamın gözəlliklərindən bəhs ede edə inandirmisam atami. Bütün gün allaha dua zikrlər edirəm atam üçün. Bir az düzəlib. Sizcə ne edim içki içməsin ve tövbə edib Namaz qılsın ? Yaşım 14 dur.
Cavab: 

Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bu cavabları oxuyun:

Atamı necə başa salım ki, içki içməsin?

Qız evlənmək istədiyi oğlanla necə görüşə bilər?

    13.01.2026
Sual: 
Əssələmu Əleykum. Mənim ailəmdə məndən başqa hicablı olan,namaz qılan yoxdur, yəni görücü üsulu olmağı üçün mömin tanışlar da yoxdur, olsa belə ailəm dinə qarşıdır və sevmirlər, məsələn saqqalı olan oğlanlara vəhabi deyirlər və s, nə qədər başa salsam da anlamırlar, əksinə mənə psixoloji təhdidlər və s edirlər, oğlanlarla zərurət olmadan danışmamağa çalışıram, mömin bacılar da tanımıram, məhrəmim də yoxdur (atasız, digəri xaricdə), SubhənAllah Allahdan başqa demək olar heç kimim yoxdur həqiqətən yanımda olan.
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə səbir və dində sabitlik diləyirik!

Dinimizdə qızın evlənmək məqsədilə naməhrəm oğlanla tək qalmamaq şərti ilə görüşməsi və danışması icazəlidir. Evlənmək istədiyiniz oğlana dini yaşamağınıza mane olmamasını şərt qoyun. Həmçinin oxuyun:

Xristian nişanlımın İslamı qəbul etməsi üçün dualar edə bilərəmmi?

    08.01.2026
Sual: 
Salam menim sevgilim xristian dır mən isə müsəlman dində isə xristian müsəlman evliliyi qadağa olunur ALLAHdan xristian sevgilimi öz istəyi ilə məcburiyyət olmadan müsəlman etməsini israrla dua ilə müxtəlif zikirlərlə etmək düzgündürmü
Cavab: 

Və aleykum Salam. Müsəlman qadının qeyri-müsəlman kişi ilə ailə qurması haramdır. Bu barədə ətraflı oxuyun:

Nişanlımın ailəsi hicab geyinməyimə qarşıdır, nə edə bilərəm?

    03.01.2026
Sual: 
Əs Salamu Alekum.Biz nişanlıyıq.Yaxın zamanda İnşAllah toyumuz olacaq.Yoldaşım və mən islamdayıq çox şükür.Lakin onun ailəsi İslama qarşıdılar.(Namaz və hicabı) onlar üçün boşdur.Əstağfurullah.Lakin Mən hicaba keçib islamı şəkildə ailəmi qurmaq istəyirəm.Yoldaşımda bunu istəyir.Saqqala belə söz edirlər.Lakin son zamanlar saqqala artıq o qədərdə söz demirlər.Hicaba keçsəm bizi qəbul etmzələr deyə tərəddüt edirəm.Mən nə edim?
Cavab: 

Və aleykum Salam. Hicab geyinmək həddi-büluğa çatmış hər bir qadına vacibdir. Bu məsələdə insanların nə deyəcəyini nəzərə almaq olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir".

Pages