Ərim xaricdə olduğu üçün baldızım gedib anasına baxarsa, buna görə bizə günah yazılırmı?
Və aleykum Salam. Əgər valideynlər xidmətə ehtiyac duysalar, onların bütün övladlarına – istər oğlan olsun, istər qız – bu xidməti göstərmək vacibdir. Əgər yoldaşınız xaricdədirsə və baldızınız ailəli deyilsə, bu halda onun üzərinə valideynlərin yanında qalmaq daha vacibdir.