ailə

Qadın ərinin yanında naməhrəmə salam verə bilərmi?

    22.04.2025
Sual: 
Salam Aleykum.Evli birinin yoldaşı yanındaykən və ya deyilkən naməhrəmə Salam verməsi icazəlidirmi.Yoldaşı bunu etmə desədə edirsə burda dini tərəfdən problem var Məsələn həkime gedilən zaman ordakı naməhrəm həkimə və ya resepşına Salam verməsi. Əgər olarsa bu necə olmalıdır.
Cavab: 

Və aleykum Salam. Bu cavabları oxuyun:

Hansı halda burun estetik əməliyyatı etdirmək olar?

    17.04.2025
Sual: 
Assalamu aleykum. Men balaca olanda(3 4 yasim var imis) anam burnuma yumruq atıb. Elinde uzuk var imis. Mende ceper eyriliyi var. Nefes almaqda cetinlik cekirem. Hekim emeliyyat olunmalıdı deyib. Bu icazelidir bilirem. Amma menim burnum cox deformasiya olub. Cox erken yasda zedelendigi ucun o cur de emele gelib. Burnum asagi sallanib ve uzume gore cox boyukdu. Yeni menim burnum bele deildi axı,zede aldigi ucun bu hala dusub. Yeni sonradan bele olub. Bele halda ceper emeliyyatı ile yanasi estetik emeliyyati da etdire bilerem?
Cavab: 

Və aleykum Salam. Əgər dediyiniz kimi, burnunuz normal haldan böyükdürsə bu halda estetik əməliyyat etdirə bilərsiniz. Həmçinin oxuyun:

Gecə yatmayan insan yatarkən deyilən zikrləri deməlidirmi?

    06.04.2025
Sual: 
Əssələmu Aleykum. Yatağa girendə zikrler var deyilmeli men geceni yatmiram deye o zikrleri oxumuram gunah yazilir mene? Bir yaxinimiz namaz qilir lakin dinini namazi hicabi destamzin ehkamlarini tam şekilde menimseməyib bilmir mende ona hicabi bele geyinmək lazimdi namazda bele etmek lazimdi dəye basa salmişam program da yuklemişem ki ordan baxsin oxusun yaxşi deyib. Lakin hal eyni haldi hicab taxir lakin şalvar geyinir sacini cox hundurden yigir lakin men bunlari ona başa salmisam gunah yazilir menede?
Cavab: 

Və aleykum Salam.

1) Yatağa girərkən deyilən zikrlər vacib deyil, müstəhəbdir. Bu zikrlər yatağa girərkən deyilir. Gecəni oyaq qalan insan isə bu zikrləri demir. 


Evli qadın yoldaşı ilə əlaqədə olan zaman yoldaşının icazəsi olduğu halda, əl ilə boşala bilərmi?

    31.03.2025
Sual: 
Salamaleykum. Sualıma görə üzr istəyirəm əvvəlcədən. Evli qadın yoldaşı ilə əlaqədə olan zaman yoldaşının icazəsi olduğu halda, əl ilə boşala bilərmi? Bu masturbasya sayılır?
Cavab: 

Qadın öz əri üçün rəqs edə bilərmi?

    26.03.2025
Sual: 
Esselamu aleykum. Evde özüm üçün ve ya yoldaşım üçün mahnı oxuya, zümzüme ede bileremmi? Bu iş günah olarmı? Ve evde yoldaşımla birlikde ve ya yoldaşım üçün reqs ede bileremmi? Suallarım üçün üzür isteyirem
Cavab: 

Və aleykum Salam. Qadının evdə əri üçün (musiqi aləti olmadan) zümzümə edərək oxuması və rəqs etməsi icazəlidir. 

Atamdan halallıq almadan dünyasını dəyişdiyi üçün sıxılıram

    23.03.2025
Sual: 
Salamu aleykum. Men Atamla hallasmadan o dünyadan köçdü Küsülü deyildik lakin atamla soyuq idik bu da atamın uşaqlıqdan bizi belə bir abu havada böyüməsinin nəticəsi,travması olaraq həyatımıza yansıdı onunla qəlbdən və isti münasibət qura bilmədik, çəkinirdik Zaman zaman etdiyi ciddi və şiddətli səhfləre görə onunla aramiz pozulurdu sonra aniden öldü bu səbəbdən də qəlbimdə bir uxde qaldı hallasmadan ayrıldıq.
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, hər bir insan günah edir. Günahsız insan yoxdur. Valideyn günahkar və səhv olsa belə, övlad ona qarşı mülayim olmalı və ona qayğı göstərməlidir. Hər bir halda valideyniniz üçün dua edin, onun adından sədəqə verin. Ətraflı oxuyun:

Qadının birinci ərindən olan qızı ikinci ərinin yanında hicabsız gəzə bilərmi?

    19.02.2025
Sual: 
Əgər qadın başqa biri ilə evlənirsə, qadının qızı onun ərinə məhrəm sayılırmı? Onun yanında başını aça bilərmi?
Cavab: 

Əssələmu aleykum. Qadın ikinci dəfə ərə gedərsə, onun birinci ərindən olan qızı qadının ikinci ərinə məhrəm sayılır və onun yanında başını aça bilər. Çünki kişi bir qadınla nikaha girib onunla yaxınlıq edərsə, artıq bu qadının qızı ona haram sayılır.

Pages