Qadının birinci ərindən olan qızı ikinci ərinin yanında hicabsız gəzə bilərmi?
Əssələmu aleykum. Qadın ikinci dəfə ərə gedərsə, onun birinci ərindən olan qızı qadının ikinci ərinə məhrəm sayılır və onun yanında başını aça bilər. Çünki kişi bir qadınla nikaha girib onunla yaxınlıq edərsə, artıq bu qadının qızı ona haram sayılır.