namaz

Şəhvətlə özümü boşaltmaqdan necə əl çəkim? Şəhvət hissinə görə axan maye namazı batil edirmi?

    28.10.2015
Sual: 
Salam menim bir sualim var men Namaz qiliram Allahima bagli bir insanam tezelikce niwanlanmiwam bagiwlayin sozume gore tez tez bowaliram esasda telefonda daniwanda her defe ozum ozume soz verirem Namaza gore etmeyecem ama alinmir bilirem gunahdi men ne edimki bu hereketimden el cekim birdeki telefonda danwanda qadindan maye gelerse onun Namazi batil olur? Ama men her Namazda yuyunuram. Mene yol gosterin gunah qazanmaq istemirem.
Cavab: 

Va aleykumus-Sələm. Bu hərəkət vərdişə keçdikdən sonra ondan çəkinmək çətin olur.
1. Bu cavabı oxuyun: Masturbasiyanı necə tərgitmək olar?

Övlad vəfat etmiş ata-anasının qəza namazlarını qılmalıdırmı?

    26.10.2015
Sual: 
Salam.ana atanin ( ya rehmete getmislerse) qeza namazini evlad qilmalidir? bu barede bir menbe varmi?yeni basqasinin yerine namaz qilmaq ne derecede uygundur mene maraqlidi? xahis edirem.etrafli cavablandirasiz? coxx sagolun
Cavab: 

Va aleykum Salam. Xeyr, valideynin və ya başqa birisinin yerinə namaz qılmaq icazəli deyil, amma digər xeyirli əməllər etmək olar. Məsələn, Ramazandan qalmış qəza oruclarını tuta bilərsiniz, həmçinin onun əvəzinə həcc edə bilərsiniz.

Yeni övladım doğulduğu üçün vaxtım yoxdur, namaz qılmaya bilərəmmi?

    26.10.2015
Sual: 
Menim yeni uwagim dunyaya gelib.men namaz qiliram,amma indi hec vaxt tapa bilmirem namaz qilmaga qezalarini qiliram, onlari da catdirmiram, ailemizde böyukdu,iw de coxdu, qaynana yaninda qaliram. Özume hec vaxt tapmiram.Namaz qalmasam gunahdimi?hemiwe qilmiwam. Nece ede bilirem? Xahiw edirem cvb yazin.Tewekkur
Cavab: 
Salam aleykum. Heç bir halda namazı buraxmaq olmaz, Allaha dua edin, sizin üçün asanlaşdırsın. Daha ətraflı:
İki azyaşlı uşağım olduğu üçün hərdən namaz qıla bilirəm, nə edim?

Xaricə səfərimin ilk günündə ev axtaracam, həmin gün bütün namazları birləşdirə bilərəmmi?

    26.10.2015
Sual: 
as salam aleykum va rahmatullahi va barkatuh.size texminen yarim ay qabaq bir sual vermisdim ve cavablandirilmadi bu nedendir?2 sualim biraz uzun olacaq ama etrafli cavab versez sevinerem ve mumkunse biraz tez cavablandirsaz.men telebeyem insaallah 1 hefdeden gedirem xarice.ve biz orda 1 gun ev axtarmaliyiq seherde.bele olan halda seher namazindan basqa hec bir namazi qila bilmirem.olarmiki axsam namazinda o gunun butun namazlarini birlesdirib qilim tekce bir gun.yeniki gunorta ve ilkindi namazini axsam namazinda qezasini qilsam olarmi
Cavab: 

Va aleykum Salam va rahmətullahi va bərakətuh. Siz orada yerləşib rahatlıq tapana qədər səfər namazı qıla bilərsiniz. Səfərdə olarkən zöhrlə əsr, həmçinin məğriblə işa namazlarını birləşdirməyə və 4 rükətli namazları 2 rükət qılmağa icazə verilir.

Camaat namazı ilə bağlı bəzi suallar

    26.10.2015
Sual: 
salam.sizə 3 sualım var. 1.camaat namazında durarkən bir-birinin arxasıycan durmaq olar?(3 nəfər)yoxsa hamı yanyana durmalıdır? 2.camaatnamazında imam və ona iqtida edənlər necə niyyət etməlidir? 3.camaat namazında imam namazı əvəlldən axıra qədər uca səslə deməlidir?yoxsa ancaq həmd-surəni??
Cavab: 

Va aleykum Salam.
1. Xeyr, camaat namazında imamın arxasında dayananların arxa-arxaya dayanması doğru deyil. İmam qabaqda, tabe olanlar isə imamın arxasında yanaşı dayanmalıdırlar. Məsələn; üç nəfər namaz qıldıqda, biri qabaqda, ikisi də onun arxasında durur.

Qışda şərait olmadığı üçün sübh namazını qəza edə bilərəmmi?

    24.10.2015
Sual: 
Salam Aleykum.Qisda hava cox soyuq oldugu ucun seherler su problemi olur bizde.bide evimiz cox soyuq olur.yeni qisacasi imkan yoxdu .mende yeni namaza baslamisam.yeni ancaq subh namazini qeza edib gunorta namazindan sora qila bileremmi.?? Xahis cvb yazin
Cavab: 
Va aleykum Salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vaxtında qılmağı vacib buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).

Pages