axirət

Namaz qılmayan, habelə içki içən insana elədiyi saleh əməllərə görə savab yazılırmı?

    15.03.2026
Sual: 
Salamaleykum. Namaz qılmayan insanın elədiyi savablar o dünyasına savab kimi yazılırmı? Və içki içən adamın da həmçinin bu dünyada elədiyi savablar o dünya üçün yazılırmı?deyirlər Allah bu dünyada əvəzini Verir, amma o dünyası üçün yazılmır. Yazılırmı? Çox sağ olun. Allah razı Olsun.
Cavab: 

Və aleykum Salam. Namaz qılmamaq böyük günahlardan biri olsa da, insanı İslamdan çıxarmır. Odur ki, namazın vacibliyini iqrar edən, lakin səhlənkarlıqdan namaz qılmayan şəxs Allah üçün ediyi əməllərə görə savab qazanır.

İslamı ciddi yaşamağa başladıqdan sonra dünyaya qarşı zövqü itirirəm, bu hal nədir?

    28.01.2026
Sual: 
Salam aleykum.Men islami esl menada yasadigdan sonra cox deyisdim. Kecirdiyim hisslerin ne oldugunu bilmirem.Evvelheyat rengliidi maragli idi. Indi hecneden zovg almiram. Teztez tek qalib dusunurem. Semaya baxiram yere baxiram planeti ayi gunesi. Hersey cox vahime verir. Semaya baxiram nece qusursuz, mukemmel. Ölumu dusunurem, ölen insanlari, yox olanlari. Hersey Allahin ayeleridir. Ölumden qorxuram. Ibadet edirem ama cox azgelr gunahlarim sanki belimde dasiya bilmediyim bir yuk. Teztez sebebini bilmeden aglamalar gelir.
Cavab: 

Və aleykum Salam. Bu hal imanın artması ilə insanda yaranan təqvadır, yəni Allah qorxusudur. İslam alimləri bildirmişlər ki, iman artdıqca insan Axirət barədə daha çox düşünür, dünya insanın gözündə kiçilir, insanın günahları ona ağır gəlir.

Həyətdə dəfn edilmiş uşağın qəbrini qəbiristanlığa köçürmək olarmı?

    19.12.2025
Sual: 
Salam aleykum..bele bir sualım var iller önce vaxtından önce (7 aylıq) körpe ölü doğlub ve heyete basdırılıb indi onu çıxarıb qebirstanlıqa basdırmaq olarmı?
Cavab: 

Və aleykum Salam. Qəbri bir yerdən başqa yerə köçürmək yalnız zəruri hallarda, yaşadığınız ərazinin baş din xadiminin (müfti, axund və s.) icazəsi ilə mümkündür. Həmçinin oxuyun:

Quranda Pompey şəhəri barədə məlumat varmı?

    18.08.2025
Sual: 
Salam Aleykum 1)Qurani Kərimdə Pompey şəhəri haqqında məlumat varmı?2)Sevdiyin insanla tez evlenmek ucun nece dua ede bilerem ne ede bilerem men istəyirem amma valideynlerim behane edir vaxtı uzadirlar artıq dayana bilmirem sixiliram ne ede bilerem 3)Yeni evlidiler istəyirlər ki. Bir müddət 1 il məsələn usaqlari olmasin birlikde biraz vaxt keçirsinlər usagi hansi yollarla gecikdirseler günah olmaz 4)Əgər er ve arvad cennetde bir yerde olmaq istemeseler bunun bir yolu varmi?
Cavab: 

Və aleykum Salam. 

1) Quranda İram, Mədyən, Səba kimi bəzi qədim şəhərlərin məhvindən bəhs olunur. Lakin Pompey şəhəri barədə Quranda məlumat yoxdur. 

2) Bu cavabı oxuyun:

Qız uşaqlarının Cənnətin ilk qapısı olması doğrudurmu?

    16.06.2025
Sual: 
Qız uşaqları cənnətin ilk qapısıdır bunu dini cəhətdən dəqiq cavab verə bilərsiz dəlil varsa Allah sizə bərəkət versin .?
Cavab: 

Əssələmu aleykum. Qız uşaqlarına sahib olmağın və onlara yaxşılıq etməyin fəziləti barədə bir çox hədis rəvayət edilib. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Bir qadın iki qızı ilə birlikdə yanıma gəlib (yeməyə bir şey) istədi. Məndə bircə dənə xurma var idi.

Vəfat edən insan onun qəbrini ziyarət edəni hiss edirmi?

    15.06.2025
Sual: 
Salam aleykum .rəhmətə geden insani ziyaret etdikde o hiss eliyirr ?
Cavab: 

Və aleykum Salam. Ölümdən sonrakı həyat (Bərzəx aləmi) elə bir aləmdir ki, onun təfərrüatlarını bilmək mümkün deyil, bu yalnız Qurani-Kərim və Səhih Sünnə vasitəsilə mümkündür. Bu iki mənbədə insanın ölümündən sonra qarşılaşdığı hallar haqqında bir çox təfərrüatlar gəlmişdir.

Cənnətdə qadınlar öz ərlərindən başqa kişilərə meyil edəcəklərmi?

    14.04.2025
Sual: 
Salam Alekum Ramazan bayramınız mübarək olsun Allah tutulan orucları qəbul etsin tutmayanları əfv etsin və tutmağı nəsib etsin. Mənim sualım bu idi ki kişinin evli olub olmadığından asılı olmayaraq əgər ki cənnətə düşsələr öz qadını olsada ona huri veriləcəkdir bəs qadın üçündə bu keçərlidir? Əri olduğu halda ona da kişi verilsin? Çünki bu bir az pis görsənir bir qadının öz ərindən başqasıda olsun xaiş edirəm sualıma uzun dəqiq cavab verərsiniz yəni verilsə belə qulluqçu kimi veriləcək yoxsa normal bir ər yoldaş kimimi veriləcək? Çox sağolun Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Evli qadın boşanmamışsa, Cənnətdə öz həyat yoldaşı ilə birlikdə olacaq. Əgər dünyada ikən boşanmışsa və heç evlənməmişsə bu qadınlar Cənnətdə istədikləri kişi ilə evləndiriləcəklər.

Pages