İlk müsəlmanların çəkdiyi əziyyətlər (davamı)
Səd ibn Əbu Vaqqas: Sədin oğlu Musab demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışmamağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı.