böyük günahlar

Sevgilim məni aldadıb, ona bəddua edə bilərəmmi?

    25.01.2015
Sual: 
salam aleykum.Bir ay once men sevdigim adam(aramizda hecne olmuyub,sadece sevgi variydi, el elede tutmasig yani) tereften aldadildim.ve canim yanir cunki ona chox inanirdim.Xele de o yara kecmeyib.Sakitleshe bilmirem.Xer an qisas almag istirem ama bir an Allahdan gorxuram ve dayaniram.1)Bir cixish yol var mi bu ishde?2)Neyniye bilerem ki xemen adamlari ve hereketleri unudum.Ancag beddua edende sakitlesirem.
Cavab: 

Aleykum salam. Qiyamət günü hər kəs öz əməllərinə görə cavab verəcək. Sizin aranızda isə haram əlaqə olub, Allaha şükr edin ki, sizi bu günahdan uzaqlaşdırıb.

Sosial şəbəkədə arada pis fikir olmadan qızla danışmaq olarmı?

    24.01.2015
Sual: 
Salam aleykum. men sosial şəbəkədə bir qizla taniş olmuşam oda muselmandi yeni aramizda pis sohbetler yoxdu ne de menim ona pis fikirim yoxdu danişmagim caizdi onnan ? Allah razi olsun
Cavab: 

Aleykum salam. Naməhrəmlə istənilən mövzuda danışmaq haramdır. Pis fikriniz yoxdursa, qızı görüb bəyənin, daha sonra elçi göndərin. Daha ətraflı:
Qızla oğlanın internetdə danışması günahdır?

Ərimin zina etməməsi və onu itirməməyim üçün dua varmı?

    15.01.2015
Sual: 
Selam aleykum ,menim erim mene heyanet edir .uz vurmuram...hele bir dua var kocami elimnen hansisa axmax almasin...bir allahima qore dozurem.. ushaximizda var,teshekur!, ohuduza qore
Cavab: 

Aleykum salam. Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir.

Sevgilisi ilə əlaqəni kəsməmək üçün namaz qılmayanlara nə nəsihət etmək olar?

    15.01.2015
Sual: 
Əs sələmu aleykum. Islama dəvət etdiyim bir çox oğlan və qızlardan daim bunu eşidirəm. Mən ibadətə başlamaq istəyirəm, fəqət mənim bir sevdiyim oğlan və ya qız var. Bu necə olacaq? Onunla əlaqəmi kəsməliyəmmi? Bəziləri sevgilisi olduğu üçün namaza başlamaq istəmir. Onlarla əlaqəni kəsmək istəmirlər. Bu insanlara nə nəsihət edirsiniz?
Cavab: 

Aleykum salam. Bəzi gənclər müxtəlif bəhanələr gətirərək Uca Yaradana ibadət etməkdən boyun qaçırırlar, halbuki yer üzündə qısa bir müddət qaldıqdan sonra Onun hüzuruna gətiriləcəklər.

Üzərinə namus iftirası atılan qadın bundan necə xilas ola bilər?

    13.01.2015
Sual: 
Salam. Bildiyimə görə iftira ən böyük günahlardandır. Bəs üzərinə namus iftirası atılan qadın bundan necə xilas olsun? Nə qədər Allaha dua etsəm də bu bəladan xilas ola bilmirəm. Artıq atdıqları iftiranı hamı eşidib və inanıb. Men bu qədər biabır olacaq heç bir hərəkət etmədiyimə əminəm. Ən pisi də odur ki böhtanı kimin atdığından xəbərim yoxdur. Həyatım cəhənnəmə dönüb. Xilas olmaq üçün təsirli dua varmı? Əvvəcədən təşəkkür.
Cavab: 
Aleykum salam.
Namuslu qadınlara iftira atanın cəzası

Övrət yerini zinadan qorumağın vacibliyi haqqında

    05.01.2015
Sual: 
Salam aleykum. Dil və övrət yerini zinadan qorumağın vacib olması haqqında imkan daxilində bir neçə ayə və səhih hədis yaza bilərsinizmi?
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır.

Pages