böyük günahlar

Kinoda Züleyxanın ailəli olduğu halda Hz. Yuisfi sevməsini başa düşə bilmirəm

    23.09.2014
Sual: 
salam aleykum men bir sey sorusmaq isteyirem ama bilmiremki bu fikrim duzdur ya yox men hz.yusifin kinosuna baxmisam orda gormusem zuleyxa evli ola ola hz.yusifi sevir men bunu basa duse bilmirem xahis edirem basa salardiz meni
Cavab: 

Aleykum salam. Evli insanı sevmək haramdır və bu böyük günahlardan biri olan zinaya aparır. Daha ətraflı:
Zina, ona aparan yollar və ondan necə qorunmaq haqqında

Rüşvət verib işə düzəlmək olarmı?

    12.09.2014
Sual: 
Salam aleykum. Bir bacı pul verib işə düzəlib müəllimə. İndi onun qazanacağı maaş haram sayılacaq ona?
Cavab: 

Aleykum salam. Əgər pul verib düzəldiyi iş onun haqqı olan işdirsə və o işə pul vermədən girmək mümkun deyilsə, o zaman bu rüşvət sayılmır. Həmin insan o işə layiq deyilsə, pul vərərək kiminsə haqqına girib o işdə işləyirsə, verdiyi pul rüşvət sayılır.

Ərim məni atıbsa necə uşaq dünyaya gətirəydim, buna görə abort etdim

    02.09.2014
Sual: 
salam eleykum siz deyirsiniz ki kebinsiz zina sayilir menim aileli olduqumnan haminin xeberi var idi men qosulub qacmisdim yoldasima zakisi kebiniyse defeletle teleb etmisdim ama elemedi cavabindasa mene sozu bu olmusdu men heckimle ne zakis nede kebin kesdirmirem indi men heyatimi basdan ayaqa nece danisim ele bilki turmede yasayirdim hec yere icazesiz cixmirdim gedendede bir yere ya ozuylr ailesiyle yada hec getmirdim axirdada usaqimnanda mehrum oldum ozumde trama aldim basimdan bes mene yiye durmurdusa men neynemeliydim 1 usaqla mene kim yiye duracaqdi meni ailesi atdi qapidan cole nede men
Cavab: 
Aleykum salam. Bütün bunlar keçmişdə qaldı. Siz artıq Allaha tövbə edib namaz qılın, və sizə daha xeyirlisini nəsib etməsini dua edin.

Dini mahnılara qulaq asmaq olarmı?

    13.08.2014
Sual: 
dini mahnilarada qulaq asmaq haradir
Cavab: 

Salam aleykum. İslama görə dini mahnı anlayışı mövcud deyildir. İslama görə hər növ mahnı və musiqi haram hesab olunur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və onun yolunu gedənlər dini musiqi yolu ilə təbliğ etməyiblər, əksinə bundan şiddətlə çəkindiriblər.

Siğəni halal görənlərə cavab

    13.08.2014
Sual: 
Salam.Mən sizi vaşa düşə bilmirəm.Siz deyirsiz siğə haramdır amma alimləriniz bunu halal olmasını təsdiqləyir. Siğə'' İslam aləmində müvəqqəti evlənmək deməkdir. İnsanlar öz tələbatlarını siğə etməklə ödəyə bilərlər. Əlbəttə ki, siğə etmək şəriətdə müəyyən olunmuş qaydalara və qanunlara əsasən olmalıdır. Biz sizə siğə qaydaları haqqında yox, sadəcə onun icazəsi barədə məlumat verəcəyik, daha dəqiq desək siğənin dini əsasları haqqında bilgilər söyləyəcəyik.
Cavab: 

Va aleykum Salam. Rəvayət edilir ki: "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim". Səhabələr (Allah onlardan razı olsun) ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər.

Ərim mənimlə maraqlanmır, nə edim?

    28.07.2014
Sual: 
salam aleykum men yoldasimla 6 ildiki evliyem biz evlenende menim 15 onun ise 18 yasi var idi menimde ona qarsi sefim olub onunda mene qarsi ama onunki daha cox olubda o butun gunu qizlarla danisir menle hec maraqlanmir duzdu bir birimizle xos danisiriq reftarimiz eladi demek olarki ama gelki o menle 4 ayda 5 ayda birdefe yxinliq edir xesdede deyil narmal bir insandi evvel her zaman isdeyirdimki men onu ele alim ozumden soyutmayim men mehribanciliq gosterirdim ama her defe meni acilayirdi sozun qisasi yeni o gunah isletmis olur men bildiyime gore bir kisi evde xanimini razi salmali sora ne ed
Cavab: 
Və aleykum Salam. Hər bir kişi ailəsinin onun üzərində olan haqlarını yerinə yetirməlidir və bununla bağlı Allahdan qorxmalıdır. Çünki Qiyamət günü hər kəs öz ailəsi haqqında məsuliyyət daşıdığına görə sorğu-sual olunacaq. Uca Allah buyurur: "...Onlarla xoş rəftar edin.

Şəhvət hissimi saxlaya bilməsəm, siğə edə bilərəmmi?

    28.07.2014
Sual: 
Salam aleykum.Əgər özümü şəhvətdən saxlıya bilməsəm siğə eliyə bilərəm?Amma o şərtlərki siğənin bütün hökümlərinə riayət etməklə.Mən bilən siğə Qurani Kərimdə buyrulub səhv eləmirəmsə nisa sürəsi 24 ayədə.
Cavab: 

Aleykum salam. Siğə (müvəqqəti nikah) haramdır. Siğə İslama qədərki cahiliyyət dövrünün adətlərindən olmuş, islamın gəlişindən bir müddət sonra içkinin haram buyurulduğu kimi, o da haram buyurulmuşdur.

Günah və haramın fərqi varmı?

    15.07.2014
Sual: 
gunah ve haramin ferqi varmi ve nelerdir?
Cavab: 

Salam aleykum.
Uca Allahın və Onun Elçisinin qadağan etdikləri, çəkindirdikləri və günah olduğunu bildirdikləri bütün əməllər haramdır. Alimlər haram əməllərə belə tərif vermişlər: "Allah üçün tərk etdikdə savab olan, əməl edildikdə isə günah olan bütün əməllər haram sayılır".

Zinadan tövbə etmək və yuxu haqqında

    05.07.2014
Sual: 
Salam aleykum. Men zinaya tovbe etmiwem ve etmiremde hec bir wey sadece gece yuxumda gordumki zina etdiyimi her kes bilib. Bu neye yozulur? Ve birde arada menim fikrimde ALLAH meni bagiwlamaz suali olur bu tovbemi pozmaz? Ne etsem tovbem pozular? Her NAMAZda her defesinde tovbe edirem dua edirem bu ramazanda bagiwlanma dileyirem . ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Allahın tövbə qapıları hər kəsin üzünə açıqdır.

Qadının ətirlənib başqa kişilərin yanından keçməsi haqqındakı hədis səhihdirmi?

    29.06.2014
Sual: 
Eger bir qadın etir surerek başqa bir kişinin yanindan kecerse onunla zina etmis olur. Bele bir hedis varmi? Varsada sehihdirmi?
Cavab: 

Bu hədis səhihdir. Hədisdə söhbət göz zinasından gedir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub (yad) kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir".

Pages