böyük günahlar

Qaranlıq düşən kimi qorxuram...

    06.02.2014
Sual: 
Salam aleykum. Mən xüsusile qaranlıq düşən kimi narahat oluram. Elə bil ki, kimsə yanımdadı. Çox qorxuram. Məni kiminsə izlədiyini düşünürəm. Gün ərzində evdə tək qalanda belə oluram. Amma qaranlıq düşəndə qorxularım daha da artır. Həmçinin anam evdə olanda da. Mən özüm namaz qılanam. Heç vaxt məndə belə hal baş verməyib. Bir aydır belədir. Mən nə edə bilərəm? Xahiş edirəm mənə məsləhət edəsiz.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır.

Dindar oğlanın qızla görüşməsi və ya söhbət etməsi günahdır?

    28.01.2014
Sual: 
Salam aleykum. Dindar oglanin qizla danishmasi ve yaxud gorushmesi gunahdirmi?
Cavab: 

Aleykum salam. Şəriətdə qadına yalnız evlənmək məqsədilə baxıb görüşməyə icazə verilir. Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş.

Evli insanı sevmək günahdırmı?

    28.01.2014
Sual: 
Salam aleykum. Menim sevgilim var idi chox sevirdik bir birimizi. Ama uch (3) il qabaq ayrildiq ve indi bashqasi ile evlidi ve ushagi da var. Kechen iller iki ilden sonra ilk defe danishdiq gorushduk. Duzdur ele bele gorushduk, amma men ayrildigim uch (3) il her gun aglamisham onun hech vaxt menim olmuyacagi mene ezab verirdi. Duzdur indi danishmiram amma ureyimde onu hele de sevirem, nuda bilmirem. Bilmek isteyerdim ki, onu sevmeyimle mene gunah yazilirmi?
Cavab: 

Aleykum salam. Bu cavabı oxuyun: Başqasının sevgilisini sevmək günahdırmı?

Əcnəbi qadınla ailə kimi yaşamaq üçün özüm kəbin kəsə bilərəmmi?

    28.01.2014
Sual: 
Salam Aleykum. Men xarici olke vetendashi olan bir xanimla birlikde yashayiram. Kebini ozum kese bilerem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə istənilən müsəlman kişi, istənilən müsəlman qadınla ailə qurmaq niyyəti ilə kəbin kəsdirmək vasitəsi ilə yaşaya bilər. Həmçinin əcnəbi qadınla da şəriət bu şəkildə yaşamağa icazə verir.

Uzaq səfərdə olarkən başqa bir qadınla yaxınlıq əlaqəsi

    27.01.2014
Sual: 
Salam. Eger uzaq bir yerde seferde bashqa qadinla cinsi elaqede olmaq gunahdirmi?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla, istər subay qadınla, istərsə də uzaq səfərdə olsun, bu cür cinsi əlaqə növlərinə icazə verilmir və sahibini həlak edən böyük günahlardandır.

Dul qadınla əlaqədə olmaq

    27.01.2014
Sual: 
Salam. Bashqa qadinla olmaq (onun isteyi ile dul qadinla) bu gunah sayilirmi?
Cavab: 
Aleykum salam. İslama görə nikahsız (kəbinsiz) edilən yaxınlıqlar istər dul qadınla olsun, istərsə də subay qadınla, böyük günah sayılır. Kəbinin şərtləri isə qadının valideynlərinin razılığı, özünün razılığı, iki ədalətli şahid və mehrin (başlıq pulu) olmasıdır.

Pages