Sual:
Salam.
Mən şübhələnmişəm ki, qardaşım zina edir, ona görə də çalışıram ki, ondan uzaq durum və əşyalarımı da uzaq tutum. Amma bir evin içində yaşadığımız üçün bu çox da mümkün olmur. Məni çağıranda qoluma vurur, gedib tez qolumu yuyuram. Və yaxud da əli başıma dəyir gedib tez başımın o hissəni yuyuram. Amma bayaq baxdım ki, mənim əl-üz dəsmalıma söykənib telefonla danışır, gedib tez dəsmalımı götürüb çaşıb qoydum namaz paltarlarımın üstünə. İndi görəsən namaz paltarlarımı və dəsmalımı yumalıyam? Qorxuram ki, onun üstündə, paltarında nəcis filan olar və mənim əşyalarıma yapışar. Nə edim?