böyük günahlar

Zina edəni bundan necə çəkindirmək olar?

    05.03.2015
Sual: 
Salam Aleykum. sizə sualım bu dünyada zina edenlerin, axiretde aqibəti necə olacaq? o keslerin aqibəti cehennemde necə olacaq? sizcə zina eden insanı o yoldan necə cekindirmek olar? necə devet ede bileremki olmaz senin etdiyin emel ALLAh qatında gunahdi haramdı xayish edirem sualımı cavablandırasız, Salam Aleykum.
Cavab: 

Aleykum salam. Zina edən adama Qurandan və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərindən bu günahın şiddətli cəzası haqqında, həmçinin dünya həyatındakı fəsadları barədə dəlillər göstərmək, Allahdan qorxmağa və tövbə etməyə çağırmaq lazımdır.

Bir yerdə yaşadığım oğlan mənimlə kəbin kəsmir...

    26.02.2015
Sual: 
salam men ailəli olub ayrilmişam sonra bir oglanla biryerdə oldum 5ildi biryerdeyik sonra namaza gəldim oda evlidi ve menen biryerdə olunan sonra evlənib hemde yetim qızam hec kesim yoxdur Allahdan başqa namaz qiliram ve zina edirem oda kəbin kesmir ve hec vaxt kesmeyecek deyir deyir kəbin etsəm duzgun gerek yoldaşinin xeberi olsun ondada ailəsi dagilar amma valideyinləri bilirki heyatinda men varam birde nece defe ayrilmişam tovbe etmişəm zinaya aylarla ayri ayri qalmışıq amma heyat meni herledir firladir yene onunla barışmağa vadar edir men yene onunlayam xahiş edirəm cavab yazin
Cavab: 

Aleykum salam. Kəbin olmadan biryerdə yaşamaq və cinsi əlaqədə olmaq böyük və cəzası şiddətli olan günah -- zinadır. Kəbin kəsdirməyi tələb etməli, olmasa Allahdan qorxaraq tövbə etmək və bu əməldən çəkinmək lazımdır.

Əvvəl sevdiyim naməhrəm qohumla danışmaq olarmı?

    25.02.2015
Sual: 
Salam Aleykum. Sizden xahiş edirem menim sualımı cavablandirasınız.Menim qhumlarim varki burda yaşamırlar. Men de hamisinnan olmasada bir nefernen danişiram bu namehremdi. evvel onu isdemişem raziliq olmuyannan sora mecbur etmemişem. ama indi yene danışırıq.Onun ailesi yeni anasi raziliq verirse danişmaq olar? Allah Sizlerden Razı olsun. Amin
Cavab: 

Aleykum salam. Naməhrəmlə danışmaq günahdır, tövbə edərək bundan çəkinməlisiniz. Onun anasının icazə verməsi isə sizə ünsiyyətdə olmağı halal etmir. Bu həddi valideynlər yox, Allah qoymuşdur, elə isə Allahdan qorxun! Daha ətraflı: 

Kişinin ağlaması doğrudurmu?

    19.02.2015
Sual: 
Kim deyir ki, kişi ağlamaz?! Hz. Məhəmməd (s.a.s.) ümmətim-ümmətim deyə göz yaşı tökmədi mi?! Hz. Əli Xanımlar xanımı xanım Fatimeyi Zəhra üçün göz yaşı tökmədi mi?! Əsl kişi ağlayar.. Eşq deyər ağlayar, Əfv deyər ağlayar, ALLAH deyər ağlayar..! Bu sehihdirmi?
Cavab: 

Aleykum salam. Kişilərin ağlaması doğrudur. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah qorxusundan ağlayan kəsin Cəhənnəmə girməsi südün əmcəyə geri qayıtması kimi mümkün deyil.

Ailəli qadın internetdə başqası ilə danışmaqdan necə əl çəkə bilər?

    12.02.2015
Sual: 
Salam.Menim bir sualim var.Mene cox vacibdir.Cavabini deseniz cox minnetdar olaram.Menim refiqem var sosial sebekede bir neferle dostluq edir.Ailelidir, yoldasi bi dostluqdan xeberi yoxdu.O insanla yalniz virtual dostluq edir.Cox eziyyet cekir ,mene hemise deyir ki,daha danismayacaq onunla,hemin oglanla basa dusen yaxsi birisidir,sagollasirlar danismirlar ,bir-iki gunden sonra yene yazisirlar.Refiqem deyir cox ezab cekirem amma sanki seytan yaxamdan buraxmir ayrila bilmirem.Menden xahis etdi ki sizden sorusum nefse aid ne dua meslehet gorerdiniz.Tesekkur edirem
Cavab: 

Kişi xəyanət edirsə, həyat yoldaşı ondan küsə bilərmi?

    11.02.2015
Sual: 
Eger bir kiwi heyat yoldasina xeyanet edirse ve qadin ondan kusurse bu qadina gunaha yazilirmi?bu zaman qadin ne etmelidi?erini bagislamalidi?
Cavab: 

Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) üç gündən artıq küsülü qalmağı qadağan etmişdir. Sözsüz ki, ərinizin etdiyi böyük günahdır, şəriətə görə bunun həm dünyada, həm də axirətdə cəzası çox şiddətlidir. Amma siz ailənizi qorumalı, təmkinli olmalı və şeytana uymamalısınız.

Evli olduğum halda internetdə qadınlarla danışıram, bu günahdır?

    08.02.2015
Sual: 
Men evli oldugum halda bawqa qadinlarla internetde danisiram.onlara ehtirasli sozler deyirem.bu gunshdirmi?bunun ucun tovbe etmeliyemmi?evvelceden tesekkur edirem.
Cavab: 

Salam aleykum. Naməhrəm qadınlarla söhbət etmək günahdır, evli insanın isə günahı subaya nisbətən daha şiddətlidir. Tövbə etməli və bir daha bu əmələ qayıtmamalısınız. Daha ətraflı:

Öpmək qüslu vacib edirmi?

    31.01.2015
Sual: 
Əssalamun əleyhimə Bağışlıyın verdiyim suala görə.Ama bunu bilmək istərdim ki, oğlanla öpüşəndən sonra hansı quslu vermək lazımdır?
Cavab: 

Aleykum salam. Ümid edirik ki, oğlan dedikdə ərinizi nəzərdə tutursunuz. Bu halda qüsl pozulmur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, "peyğəmbər (salləllahu aleyhi va səlləm) öz xanımlarından bəzilərini öpdü, sonra da namaza çıxdı və dəstəmaz almadı".

Pages