dua
Hər şeyin xeyirlisini istəmək üçün xüsusi dua varmı?
Aleykum salam. Bunun üçün xüsusi bir dua forması olmasa da, ümumən öz sözlərinizlə Allahdan bir şeyin ən yaxşısını və xeyirlisini istəyə bilərsiniz. Həmçinin belə hallarda istixarə namazı qılmaq olar.
Yoldaşım mənə qarşı soyuqdur, ona Ayətul Kursi, Fələq və Nas surələrini oxusam bir faydası olarmı?
Aleykum salam. Bunu demək çətindir. İstəsəniz oxuya bilərsiniz. Belə hallarda ilk növbədə namaz qılaraq səbirlə Allahdan kömək istəmək lazımdır. Namaz qılmırsınızsa, Namaz məqaləsindəki videoya baxıb öyrənə bilərsiniz.
Övlad istəmək, Yasin adı qoymaq, yuxu və hicabla bağlı suallar
Aleykum salam.
1) Allahdan qız uşağı istəməyiniz günah deyil və buna görə də insan Uca Allahın qəzəbinə gəlmir.
Peyğəmbərimizin etdiyi ən xeyirli dua hansıdır?
Aleykum salam. Peyğəmbərimizin etdiyi bütün dualar xeyirlidir. Rəvayət edilir ki, Aişə demişdir: “Mən namaz qılarkən Peyğəmbər - salləllahu aleyhi və səlləm - bir işdən ötrü yanıma gəldi. Mən ləng tərpəndim. O dedi: “Ey Aişə!
"Əmin" və "in şəə Allah" kəlmələri nə vaxt işlənilir?
Aleykum salam. "Əmin" sözü duaların sonunda işlənir. Əmin sözü "Allahım qəbul et!" deməkdir. əl-Fatihə surəsi duadan ibarət olduğu üçün namazda əl-Fatihədən sonra "əmin" deyilir. "İn şəə Allah" sözü isə "Allah istəsə" deməkdir.
Heyz olarkən zikr etmək olarmı?
Salam aleykum. Heyz (aybaşı) olarkən zikr etmək olar. Daha ətraflı:
Qadın heyzli olarkən Ayətul-Kursini oxuya bilərmi?
Qadın heyz (aybaşı) vaxtı zikr edə bilərmi?
Salavat təkcə peyğəmbərə göndərilir, yoxsa onun ailəsinə də göndərmək olar?
Aleykum salam. Salavat yalnız Peyğəmbərə (salləllahu aleyhi və səlləm), həmçinin onunla yanaşı Əhli-Beytinə də göndərilir. Lakin, ayrıca Əhli-Beytə salavat göndərilmir. Daha ətraflı:
Nə edim ki, şeytani yuxular məndən uzaq olsun?
Aleykum salam. Siz yatmamışdan öncə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) oxuduğu bu duaları oxuyun və səbr edin:
Övladı olmayan istixarə namazı qıla bilərmi?
Aleykum salam. Əlbəttə qıla bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəriətlə qadağan olunmayan hər bir məsələ üçün səhabələrə istixarə namazı qılmağı tövsiyə etmişdir. Həmçinin oxuyun: