namaz

Sevgilisi ilə əlaqəni kəsməmək üçün namaz qılmayanlara nə nəsihət etmək olar?

    15.01.2015
Sual: 
Əs sələmu aleykum. Islama dəvət etdiyim bir çox oğlan və qızlardan daim bunu eşidirəm. Mən ibadətə başlamaq istəyirəm, fəqət mənim bir sevdiyim oğlan və ya qız var. Bu necə olacaq? Onunla əlaqəmi kəsməliyəmmi? Bəziləri sevgilisi olduğu üçün namaza başlamaq istəmir. Onlarla əlaqəni kəsmək istəmirlər. Bu insanlara nə nəsihət edirsiniz?
Cavab: 

Aleykum salam. Bəzi gənclər müxtəlif bəhanələr gətirərək Uca Yaradana ibadət etməkdən boyun qaçırırlar, halbuki yer üzündə qısa bir müddət qaldıqdan sonra Onun hüzuruna gətiriləcəklər.

Namaza yeni başlamışam, amma şübhələrim var...

    13.01.2015
Sual: 
Salam,namaza tezelikle baslamisam,ve sizin kimi bir nece saytdan oyrenmisem,deqiq oldugu ile bagli subhelerim var ve buna gore qildigim namazin dogru olmadigini dusunurem nese,bu da inancimi azaldir. Vesveseye tez tez dusurem,fikirlesirem ki onsuzda qildigim namaz dogru deyil.mene neyi meslehet gorersiz xahis edirem ki cavab veresiz
Cavab: 

Aleykum salam. Namaza başlamanız bizi çox sevindirdi, Allaha dua edirik ki, bu namaz sayəsində sizin günahlarınızı bağışlasın və Cənnətə daxil etsin! Şeytan namaza başlayan insanlara müxtəlif üsullarla vəsvəsə verərək bundan çəkindirməyə çalışır, siz ona əhəmiyyət verməyin.

Namaza 12 yaşımda başlamışam, neçə ilin qəza namazlarını qılmalıyam?

    13.01.2015
Sual: 
salam.Men namaza 12 yasimda baslamisam.Artiq 13 yasim var.1 ildi namaz qiliram.Deyilene gore qizlar 9 yasindan namaz qilmalidir.Onda bele cixir ki 3 il qezam var.Ancaq boyuklerim men e dediler ki insan ozunu ne vaxt namaz qilmaga hazir edirse o vaxt qilmalidir.Sualim budur men qeza elemisem yoxsa yox?
Cavab: 

Aleykum salam. Namaza başladıqda keçmiş illərin qəzasını qılmağa ehtiyac yoxdur. Daha ətraflı:
Keçmiş illərin qəza namazları qılınmalıdırmı?

Namaza başlamaq istəyirəm, amma qüslla bağlı suallarım var...

    10.01.2015
Sual: 
Salamaleykum . size bir nece sualim var . 1) Men subay qizam namaza baslamaq isteyirem bilmek isteyirem ki heyz quslunden elave hansi quslu vermeliyem? bu suali ona gore verdimki normal olaraq genital bolgeden maye gelmelidir mende bu bezen ag irin seklinde gelir, bezende ele olurki bezi sebeblerden sehvet hissi hiss edirem ozumde ve maye gelir bilmek isteyirem ki buna gore qusl vermeliyemmi ? vermeliyemse izah ederdiniz qaydasini . eslinde bu suallari unvanlayacaq birini tapmadim o uzden bura yazdim . Cavablandirsaniz sevinerem .
Cavab: 

Aleykum salam. Allahın sizi bu gözəl əmələ müvəffəq etdiyi üçün sizi təbrik edirik və Rəbbimizə dua edirik ki, Onunla görüşənə qədər sizə və bizə öz dini üzərində sabit qalmağı nəsib etsin! 

Namaz qılmayan insan xeyirxah əməllər etsə, günahlarının bağışlanarmı?

    10.01.2015
Sual: 
Salam aleykum. Namaz qilmiyam insan yol duzelderse xeyir xaxliq ederse onun gunahi bagislanarmi?
Cavab: 

Aleykum salam. Şübhəsiz ki, Allahın razılığını qazanmaq üçün edilən hər bir yaxşı işin əvəzi Qiyamət günü veriləcək. Amma namaz qılmamaq böyük günahdır və bunu əvəz edə bilən başqa əməl yoxdur.

Pages