xurafat

Məbəs günü nə deməkdir?

    02.06.2016
Sual: 
Salam Aleykum.Məbəs günü nə deməkdir?
Cavab: 
Və aleykum Salam. Məbəs günü - Muhəmməd peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbərliyin verildiyi gün kimi qeyd olunur. Lakin, bu günü Peyğəmbərimiz (ona Allahın salavatı salamı olsun) və səhabələri bayram etməyiblər.

Ölən uşağın paltarlarını yandırmaq düzgündürmü?

    01.06.2016
Sual: 
salam. menim dayim oglu bu yaxinlarda vəfat edib.bizim üçün çox çətin bir aci oldu.ən çox nənəm yaralndi.uşagin anasina isə o qədər də təsiri olmadi.uşagin 40-i çixmadan onun paltarlarini yandirdi. mənfikirləşirəm ki ölünün paltarlariniyandirmaq onu o dünyada yandirmaq kimidir............ sizcə ........
Cavab: 
Və aleykum Salam. Allah ona rəhmət eləsin. Ölən insanın paltarlarının yandırılmasının ona zərəri yoxdur. Lakin, bu paltarları yandırmaq yox, imkansızlara paylamaq daha yaxşı olar. Həmçinin, ölən insanın qırxıncı gününü sayıb həmin gün məclis təşkil etmək dinimizdə yoxdur.

Naməhrəm kişinin qarşısına çıxmaq dəstəmazı pozurmu?

    30.05.2016
Sual: 
Salam mən qonaq getmişdim. Dəstamaz alan xanımın qabağına çıxdım namaz qılmağa gedirdi. Qayıtdı təzdən dəstamaz aldı dedi ki, özgə adam qabağına çıxanda dəstamaz pozulur.Qadın şiə namazı qılır. Belə şey varmı ?
Cavab: 
Və aleykum Salam. Bu batil qaydadır, çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə dəstəmazı pozan amilləri bildirmişdir. Bu amil isə orda yoxdur. Daha ətraflı: Dəstəmazı pozan amillər

Əhli-sünnə peyğəmbərlərə və imamlara inanmır?

    21.05.2016
Sual: 
Sunniler Mehemmed peygenberden basqa peygenbere inanmir?mene deyiblerki sunniler imamlara inanmir ve tekce Mehemmed peygenbere inanir bu dogrudur?
Cavab: 
Salam aleykum. Bunlar hamısı iftiradır. Əhli-Sünnə vəl-Cəmaa Muhəmməd peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də daxil olmaqla ona qədər Allahın hər bir peyğəmbərinə inanırlar. Peyğəmbərlərin birinə inanıb digərini inkar etmək küfrdür.

Namaz qıldıqdan sonra növbəti namazı neçə dəqiqədən sonra qılmaq lazımdır?

    19.05.2016
Sual: 
namazi qildiqdan sonra diger namaza nece deqiqe ara vermeliyem?
Cavab: 
Salam aleykum. Bir namazı qıldıqdan sonra o biri namazın vaxtı girəndən sonra qılmaq lazımdır. Səbəbsiz yerə namazları birləşdirmək olmaz. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Evliliyin ildönümündə hədiyyə almaq olarmı?

    18.05.2016
Sual: 
salam aleykum.Evlilik yildonumunu qeyd etmek olar, il donumunde esine hediyye almaq olar,ve ya ilk bir ayinda.Cariye,keniz ne demekdir.Sinmis kenari bir az qirilmis qablari istifade etmek olar
Cavab: 
Və aleykum Salam. İldönümləri, ildönümdə hədiyyələşmək, evliliyin ilk bir ayında hədyyələşmək dinimizdə əsası olmayan, əksinə xristianlıqdan bizə keçən adətlərdəndir.

Pages