xurafat

İmam Mehdi artıq zühur edibmi?

    18.04.2016
Sual: 
SALAM ALEYKUM.biz Azerbaycanda yaşayiriq.burda bezi insanlar deyirki IMAM ZAMAM aga artiq zuhur edib.sadece goze gorsenmir.ama deyirlerki bezi alimlerle guruşur.bu dogrudurmu..xais edirik cavabi elektron unvana gonderesiz.Allah sizden razi olsun.
Cavab: 

Və aleykum Salam. Mehdinin nə vaxt zühur edəcəyi haqda yalnız Allah bilir. Lakin, onun alimlərlə görüşməsi düzgün deyil. Bunu iddia edənlər avam müsəlmanları özlərinə tabe etmək üçün belə şeylər deyirlər. Guya "həmin mollaya qarşı çıxmaq Mehdiyə qarşı çıxmaqdır".

Ömərin Fatiməni qapı arasında sıxması doğrudurmu?

    12.04.2016
Sual: 
Omer ibn el xattab fatimeyi zehrani qapi arasinda qoymasi evine od vurmasi haqda ehli sunne alimlerinin hedisleri var.nece olurki bes deyirsiz bele bir wey olmayib.bu meseleye aciq aydinliq getirseydiniz digerlerinide bawa salardiq.Haqqinizi halal edin

Sünni və şiə namazında nə fərq var?

    12.04.2016
Sual: 
Salam. Men Shiye namazi qiliram, eslinde men hec bir ferq qoymuram shiye ve ya sunni qelbimde esas Allahi tutub qiliram. Amma mene deillerki qilma möhürle,möhurle qilmag cox boyuk gunahdi Allah namazini qebul elemir, Allaha sherik qoshursan. Amma eslinde hele deyil axi men sadece cox namaz qilmag istedim shiye namazi ilede bashladim. Indi sualim onan ibaretdiki ne ferq ver shiye ve ya sunni namazda? Men bildiyime gore sunnini 90% vahabiler qilir

Ailəm üçün onlara savab olsun deyə Quran ayələrini oxumaq olarmı?

    12.04.2016
Sual: 
Salam.Bundan once de size sual vermisdim sualimi cavablandirmisiz bu gun oxudum.Allah razi olsun.Men namaz qiliram.Allaha dua edirem.Ailem ucun Quran oxutmaq isdeyirem ve olarmi bidetdimi deye araşdiran zaman burda sizin cavablandirdiginiz suallari gordum ve pulla Quran oxutmaq olmaz yazmisiniz.men ailem ucun Quran oxutdura ve ya Yasin suresini oxutdura bilmerem?oxutmaq olmazsada ozum oxuya bilerem?ama men ereb dilini bilmirem tercumesini ve ya bizim dilde yazilmis erebce sozlerini oxuyub aileme bagislaya bilerem savabini?Yasin suresini oxumagi ailemdekilere cadunun tesir etmemesini ve ailemiz
Cavab: 

Və aleykum Salam. Siz başqasının yerinə Quran oxusanız da bunun ona heç bir aidiyyatı yoxdur, çünki, hər kəsin etdiyi əməl yalnız onun özünə aiddir. Uca Allah buyurur: "...Hər kəs qazandığının girovudur". (ət-Tur, 21).

Sünni olan şiə namazı qıla və şiə məscidinə gedə bilərmi?

    10.04.2016
Sual: 
Salam aleykum menim size sualim budurki men sunni teriqetinnenem ve şie namazi qilmaq isteyirem şie namazin şie mescidinde qila bilerem?
Cavab: 
Və aleykum Salam. Məscidlər Allahındır. Həqiqi İslam məzhəblərə bölünməyən İslamdır. Bu da Quran və Sünnəyə tabe olmaqdan asılıdır. Daha ətraflı:
Şiə və sünni nədir və bunların hansı düzgündür?

İnsanı ruh tuta bilərmi?

    04.04.2016
Sual: 
Salamu Aleykum.İnsanı ruh tuta bilərmi?
Cavab: 
Və aleykum Salam. Bu şeytan və cinlərlə əlaqəli bir şeydir. İnsan cinli ola bilər. Amma ruhların tutması mümkün deyildir. Belə ki, insan öldükdə onun ruhu bərzəx aləminə aparılır və bu dünya ilə heç bir əlaqəsi olmur.

Pages