xurafat

Siğənin haram olmasını yaxın adamıma necə sübut edim?

    11.12.2015
Sual: 
Salam aleykum ! Xahis edirem mene sige hagginda genis Melumat veresiniz ! Sige ne vaxtdan yaranib ve ne vaxtdan legv edilib ve Kim terefinden ! Bu hagda genis melumat vermeyinizi xahis edirem ! Bunu cox yaxin olan bir adamima sigenin haram olmasi haginda subut etmek kimi etrafli isdeyirem ! Allah sizden razi olsun !
Cavab: 

Və aleykum Salam. Bu cavabı oxuyun: Siğə haqqında

Şeytanı lənətləmək olarmı? Peyğəmbər şeytanı lənətləyibmi?

    09.12.2015
Sual: 
Kimise lenetlemek olar?? egerseytani lenetlemek olmazsa onda mende peygenber s.a.s weytanla sohbetinde seytani lenetleyir
Cavab: 

Salam aleykum. Dediyiniz söhbət zəif hədislər silsiləsindəndir. Ona görə belə hədislərə etimad etmək olmaz. Quran və Sünnədə müsəlmana göstərilən yol şeytanı söymək, lənətləmək yox, əksinə müəyyən zikrlərlə onun şərrindən Allaha sığınmaqdır.

"Allah yolunda ölənlərə ölü deməyin" ayəsini əsas götürüb ölülərdən nəsə istəmək olarmı?

    08.12.2015
Sual: 
salam aleykum. Əl bəqərə surəsi154-cü ayənin izahını tam verətdiniz,zəhmət olmazda. Bu ayəni əsad tutaraq şiələr Hüseyni,Əlini çağırmaqda günah,dəhv olduğunu inkar edirlər. Yəni bu insanları bu ayəni nəzərə alaraq çağırmaq laxımdır.onlar guya ki eşidirlər. Belə danışanlara nə cavab vermək olar? Haqqınızı halal edin.
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Allah yolunda ölənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz" (əl-Bəqərə, 154). Ayənin axırında deyilir: "...siz bunu duymursunuz" - yəni, bu sizin başa düşdüyünüz dirilik kimi deyil.

Hüseyn və Yezid haqqında suallar

    08.12.2015
Sual: 
Salam aleykum. İmam Huseyne deyilen imam sozunun menasi nedir? Peygemberimizin yaninda olan diger sehabelerin adinin qarsisinda imam deyilmir? Huseyn radiyAllahu anha aglamag olarmi? Cunki insan ister istemez Kerbela haqda esidende Peygember nevesine qarsi edilen herekete pis olur. Yezidin İmam Huseynin basini qizinin qucagina vermesi ve onun da ureyinin partlayib olmesi dogrudurmu? Ve bir de bir xutbede Yezide rahimehullah demek olar deyilmisdi bu ne dercede dogrudur eyer onun İmam Huseynin qetlinde eli varsa?
Cavab: 
Və aleykum Salam. İmam sözünün mənası "rəhbər", "başçı"  deməkdir. Hər hansısa bir səhabənin və ya onlardan sonra gələnlərin adlarının qarşısında imam kəlməsini xüsusiləşdirərək istifadə etmək olmaz.

İnsanları əlləri ilə müalicə etmək Allah vergisidirmi?

    05.12.2015
Sual: 
Salam, Allah elminizə bərəkət versin. Elə insanlar vardır ki öz əlləri ilə insanları müalicə edir, soruşanda ki bu necə olur deyir ki mənə Allah tərəfindən vergi verilib. Həqiqətən Allah hər hansı bir insana vergi verə bilərmi ?
Cavab: 
Və aleykum Salam. Xeyr, bu şeytanın vəsvəsəsidir. Bu cavabları oxuyun:
Əlləri ilə insanları müalicə edənlərdə bu, Allah vergisidirmi?

Pages