xurafat

Əhli-sünnə peyğəmbərlərə və imamlara inanmır?

    21.05.2016
Sual: 
Sunniler Mehemmed peygenberden basqa peygenbere inanmir?mene deyiblerki sunniler imamlara inanmir ve tekce Mehemmed peygenbere inanir bu dogrudur?
Cavab: 
Salam aleykum. Bunlar hamısı iftiradır. Əhli-Sünnə vəl-Cəmaa Muhəmməd peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) də daxil olmaqla ona qədər Allahın hər bir peyğəmbərinə inanırlar. Peyğəmbərlərin birinə inanıb digərini inkar etmək küfrdür.

Namaz qıldıqdan sonra növbəti namazı neçə dəqiqədən sonra qılmaq lazımdır?

    19.05.2016
Sual: 
namazi qildiqdan sonra diger namaza nece deqiqe ara vermeliyem?
Cavab: 
Salam aleykum. Bir namazı qıldıqdan sonra o biri namazın vaxtı girəndən sonra qılmaq lazımdır. Səbəbsiz yerə namazları birləşdirmək olmaz. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?

Evliliyin ildönümündə hədiyyə almaq olarmı?

    18.05.2016
Sual: 
salam aleykum.Evlilik yildonumunu qeyd etmek olar, il donumunde esine hediyye almaq olar,ve ya ilk bir ayinda.Cariye,keniz ne demekdir.Sinmis kenari bir az qirilmis qablari istifade etmek olar
Cavab: 
Və aleykum Salam. İldönümləri, ildönümdə hədiyyələşmək, evliliyin ilk bir ayında hədyyələşmək dinimizdə əsası olmayan, əksinə xristianlıqdan bizə keçən adətlərdəndir.

Möhürsüz amma şiə namazı qıla bilərəmmi?

    17.05.2016
Sual: 
Salam. Bir sualim var size. Men mohursuz amma shiye namazi olan sozlerle namaz qilsam olar? Amma mohurnen yox. Cunki sunni namazi bilmirem nece gilinir. Tanislarim hamsi shiye namazi gilir, mende hele oyrendim iki ildi hele giliram, lakin mohursuz gilmag isteirem herdefe deirem birden gunah olar.
Cavab: 

Və aleykum Salam. Namazın qılınma qaydasını Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərdə öyrədib və bu namaz da bir cürdür. Ona görə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qıldığı kimi namaz qılmaq lazımdır.

Əhli-Sünnə ilə camaat namazı qılmaq olar?

    17.05.2016
Sual: 
Salamun Eleykum bilmek isteyirem ki Sistani aqa hecbir zeruret ve teqiyye olmadan vehdete gore ehli sunnete iqtida etmek caizdirmi ve namazi tezelenmesi barede hokmu nedir?
Cavab: 

Və aleykum Salam. Təqiyyə etmək haramdır və münafiqlərin xüsusiyyətlərindəndir. Çünki, münafiqlər üzdə özlərini müsəlman kimi göstərsələr də, daxildə İslamı inkar edirlər. Əhli-Sünnə camaat namazı qılanda hər hansı başqa firqə onlara qoşula bilər və namazı təzələməyə ehtiyac yoxdur.  

Pages