xurafat

Ziyarətgaha gedib şəfa tapan insanlar var, bu barədə nə deyə bilərsiniz?

    21.02.2015
Sual: 
Salam.ziyaretgahlara gedib wefa tapan insanlar olub bu haqda ne deye bilersiz?
Cavab: 

Və aleykum Salam. Şübhəsiz ki, şəfa verən, ruzi, övlad verən, işləri yoluna qoyan, kömək edən Uca Allahdır. Bu işlərin heç birində Allahın şəriki və ya vasitəçisi yoxdur. Uca Allah buyurur: "Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin.

İslamda nəzir qutusu anlayışı varmı?

    21.02.2015
Sual: 
Salam aleykum. Allah razi olsun suallarla elmli (Quran ve sehih hedisler esasinda) cavab verdiyinize gore. Bele bir sual vermek isterdim. islamda nezir yox, NEZIR QUTUSU deyilen bir anlayish varmi? en xeyirli sedeqe ehtiyaci olan yaxin qohuma verilen sedeqe deyilmi Quranda buyrulan kimi. Sonra tanidigin yoxsula. Yetime ve yodan kecenlere? Ve ya insanlarin yaxin qohumlari ehtiyac icerisinde ola ola hara getdiyi belli olmayan, bashqasinin yaxin adamlari ucun yigilan nezir qutularimi daha savabdir Allah qatinda?Allah razi b
Cavab: 

Aleykum salam. İslamda nəzir qutusu anlayışı yoxdur, Peyğəmbərin (salləllahu aleyhi və səlləm), səhabələrin və onların ardınca gedənlərin dövründə nəzir qutusu olmayıb. Uca Allah buyurur: "Səndən Allah yolunda nə verəcəklərini soruşurlar.

Alt paleolit dövründə dil olmadığı üçün insanlar necə namaz qılıblar?

    19.02.2015
Sual: 
salam.bildiyimiz kimi alt paleolit dovrunde hele dil yaranmamiwdi.bes o zaman namaz olubmu.eyer olmayibsa onlar cennete nece duwe bilerler? Mehemmed (s.a.s) Peygemberimizden evvel yawayan insanlar namaz qilibmi .eyer qilibsa nece namaz qiliblar.
Cavab: 

Aleykum salam. Alt paleolit dövründə dilin olmaması cəfəng, heç bir elmi əsası olmayan fərziyyələrdir. Kafirlərdən bəziləri ulu babalarınınn meymuna bənzər, ağılsız canlılar olduğunu düşünürlər.

Namaz üçün möhür və təsbeh vacibdirmi?

    05.02.2015
Sual: 
sunni namazi qiliram namazlarimda bezen mohurden istifade etmisem indi hal hazirda etmirem gunahdirmi vacibdir mohurle qilmaq tesbehde bezen qoyuram zikri elimde edirem
Cavab: 

Salam aleykum. Bunların hər ikisindən çəkinmək lazımdır, çünki Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə bunlar olmayıb. Daha ətraflı:
Namazdan sonra təsbeh çəkmək olarmı?

Hansısa bir məqsəd üçün peyğəmbərə salavat göndərmək olarmı?

    02.02.2015
Sual: 
Salam.Hansısa bir meqsed üçün Bir işin yaxşı getmesi üçün,meselen dinimizin qorunub saxlanması,islam düşmenlerinin meğlub olmasından ötrü,hemçinin imam Zaman ağanın zühurunun tezleşmesi üçün Hz.Zehra ve ya peyğemberimizin ruhuna salavat göndermek ne derecede doğrudur?
Cavab: 

Aleykum salam. Arzunun həyata keçməsi üçün Uca Allaha dua etmək lazımdır, bunun üçün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirmək isə dinimizdə bildirilməyib.

Gümüş əşyalar istifadə olunan evdə yaşamaq günahdırmı və digər suallar

    26.01.2015
Sual: 
Assalamu aleykum eziz qardaslar necesiz?sizlere bele suallar unvanlamaq isteyirem cox xaish edirem suallarima link atmadan aydin sekilde cavab veresiz .1)Menim valideyinim gumus esyalari cox sevir hetda evde gumusden qasiq cengel bele seyler alib ve onlardan istifade olunur ne qederde desem anlamirlar meni mende o evde yasadiqima gore menedemi gunah yazilir ? amma men ayri qasiq ve cengelden istifade edirem?2)Cenaze namazinda deyilen sozleri yaza bilersiz ardicil?
Cavab: 

Aleykum salam.

Elektron saata baxanda həmişə eyni rəqəmlər görürəm...

    24.01.2015
Sual: 
Salam.mən elekton saata nə vaxt baxramsa,eyni rəqəmlər gəlir.öz telefonumda o rəqəmləri görməsəm də başqa telefonda və ya teçevizorda görürəm bunun dinlə əlaqəsi ola bilər?məsələn,13:13.14:14 00:00.11:11; və sair.mən qızam unidə oxuyuram.1 kurs.zəhmət olmasa cavablandırın.dinlə əlaqəsi ola bilərmi?
Cavab: 

Aleykum salam. Bunun dinlə əlaqəsi yoxdur, sizin həyatınıza da heç bir təsir edə bilməz. Ümumiyyətlə nəhs, uğursuz rəqəm anlayışı yoxdur. Bəzi insanlar 13 rəqəminin uğursuz olduğuna inanırlar. Bəziləri isə 666 rəqəmini guya "Şeytanı ədədi" hesab edirlər.

Pages