xurafat
Müalicə üçün həkimə müraciət etdikdə Allaha şərik qoşmuş sayılırıqmı?
Aleykum salam. Müalicə üçün həkimə getmək şirk deyil. Həkim vasitədir, şəfa verən isə Allahdır. İnsanlardan nəsə istədikdə onların vasitə, verənin isə Allah olduğunu bilmək lazımdır.
Qızıl ilanı öldürmək günahdırmı?
Aleykum salam. Zərərverici heyvanları öldürməyə icazə verilir. İlan, əqrəb, sıçovul, milçək, ağcaqanad və s. kimi heyvanları öldürməkdə günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Zərərli) ilanları və köpəkləri öldürün.
Ziyarətgahdan ağac kəsənin niyə başına müsibət gəlir?
Aleykum salam. Başımıza gələn müsibətlər ziyarətgaha görə yox, Allahın qədəri ilə bağlıdır. Bunun ziyarətgahdan olmasına iman gətirmək insanı dindən çıxara bilər.
Ömər adında düşər-düşməzlik ola bilərmi?
Aleykum salam. İnsanın adında heç bir düşər-düşməzlik olmur. Bu, xurafat fikirlərdir.
Maşında Quran surələrini yazdırıb asmaq olarmı?
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Quran surələrini və ya duaları yazdırıb haradansa asmaq yox, onları tez-tez oxumaq və mümkün qədər əzbərləmək lazımdır. Daha ətraflı: Ruzi-bərəkət duasını yazıb evdən asmaq olarmı?
Qəbir üstündə Quran oxumağın ölüyə xeyri varmı?
Salam aleykum. Xeyr, qəbrin yanında Quran oxumağın ölüyə heç bir xeyri yoxdur və bu, dində yenilik (bidət) olduğu üçün günahdır. Daha ətraflı: Ölü üçün Ya Sin oxutmaq olar?
Peyğəmbərimizin dövründə indiki xalçalardan olmayıb, onların üzərində namaz qılmaq olar?
Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hamam (ayaqyolu) və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745).
Həmçinin buyurmuşdur: "Allah bütün yer üzünü mənim üçün səcdəgah və pak yaratmışdır". (əl-Buxari).
Ziyarətgaha gedib şəfa tapan insanlar var, bu barədə nə deyə bilərsiniz?
Və aleykum Salam. Şübhəsiz ki, şəfa verən, ruzi, övlad verən, işləri yoluna qoyan, kömək edən Uca Allahdır. Bu işlərin heç birində Allahın şəriki və ya vasitəçisi yoxdur. Uca Allah buyurur: "Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin.
Ziyarətgahlara verilən nəzir pulları hara xərclənir?
Aleykum salam. Bu cavabı oxuyun: İslamda nəzir qutusu anlayışı varmı?