təbabət

Peyğəmbərin epilepsiya xəstəliyi olması doğrudurmu?

    17.10.2016
Sual: 
Salam aleykum va rehmatullahi va barakatuh! Peygember s.a.s.in epilepsiya xestesi oldugu ve epilepsiya xesteliyinin cinli adamlarda oldugu dogrudurmu? Bir de bilmek isteyirdim suallari cavablandiran kimdir, zehmet olmasa, adi yazardiniz. Cezekallahu xayran
Cavab: 

Və aleykum Salam. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) epilepsiya xəstəsi olması şübhəsi cəfəngiyatdan və qeyri-müsəlmanların yaydığı şübhələrdən başqa bir şey deyil.

Çöpçüyə getmək olar?

    10.10.2016
Sual: 
Salam Aleykum necesiz sizce copcuye getmek olarmi InseAllah tez bir zamanda cavablandirarsiniz?
Cavab: 

Və aleykum Salam. Əgər çöpçü boğazında nə isə qalan insanla təmas edərək, əli ilə boğazı tutaraq üfürürsə, bu xalq təbabətindəndir. Bu kimi çöpçülərin yanına getmək olar. Lakin, heç bir təmas olmadan yalnız azca üfürərək çöp çıxaran çopçülərin yanına getmək məsləhət deyil.

Süd verən qadın orucu qəza etməlidirmi?

    22.09.2016
Sual: 
Salam aleykum. Əgər qadın hamilədirsə, bundan qabaqkı uşağı düşmüşdürsə və həkim bu uşağın da əvvəlki düşüb deyə bunun da düşmə ehtimalının çox olduğunu deyərsə, həkim qadına çox əyilib durmağı məsləhət bilmərsə o zaman o qadın namazı oturub qıla bilərmi? 2 Körpəsini süd verən qadın oruc və ya onun qəzasını tuta bilərmi? Bu zaman süd tamüm kəsilə bilər. Qəzanı növbəti ilə saxlamaq olarmı?
Cavab: 

Və aleykum Salam. 

1. Bu cavabı oxuyun: Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Şübhələrə görə hər dəfə ayaqyolunda yuyunmağa 20-25 dəqiqə sərf edirəm...

    23.08.2016
Sual: 
Salam,bu tipli suallar yazmisam size,siz vesvese deyirsiz ama bunlar menim basima heqiqeten gelir,cox uzr isteyirem men her defe bövl zamani sidik ayaqlarima toxunur ne qeder qorunmsamda,olmur.ustelik ayagin ic terefine toxundugu ucun tam yuya bilmirem,bu da azmis kimi elimle ozumu yuduqca menden az da olsa sidik ifraz olur eminem,yeni her defe20_25deq ayaqyolunda qaliram.yuyunuram tekrar gelir,ustelik ayaqlarima bulasir.hem cox su israf edirem hem de vaxtim gedir,o qeder namazdan soyumusamki cunki butun gunu esebi oluram bu sebebden.1sozle men tam pak ola bilmirem,bu qeder yuyunmaq pis tesr e
Cavab: 

Və aleykum Salam. Bir daha qeyd edirik ki, bu hal vəsvəsə ilə bağlıdır. Siz bir dəfə yuyunun və daha sonra nəyinsə gəlməyinə fikir verməyin, hətta namaz vaxtı bunu hiss etsəniz də.

Övladın olması üçün falçı yanına getmək düzgündürmü?

    11.07.2016
Sual: 
salam.5il olar usagim olmur problemim var,Allah bilen meslehedir sukur..sadece ailem narahatdir deye baxtirib, baxicida deyibki goturun menim yanima men ona bir nece sey deyecem o elesin mutleq olacag..sualim budurki getsem men gunah etmis olacagam?estegfirullah Allaha serik qosmus kimi olacagam?bir sualimda varki zehmet olmasa cavab vererdiz,usagim olmur deye hekime turkecareye getmeyimde gunahdir?
Cavab: 

Və aleykum Salam. Övladın olması üçün həkimə getmək və ya türkəçarə deyilən üsullara müraciət etmək olar. Amma falçıya getmək küfr kimi böyük günahdır və bu yolla edilən işlərdə bərəkət də olmur.

Xəstə olan oruc tuta bilər?

    29.06.2016
Sual: 
Salam xeste ola ola oruc tutmaq olar
Cavab: 
Və aleykum Salam. Sağlamlıq imkan verirsə, oruc tutmaq olar. Əks halda sağaldıqdan sonra orucun qəzasını tutmaq lazımdır. Xroniki xəstəlik səbəbindən ümumiyyətlə oruc tutmaq mümkün deyilsə, hər günün əvəzində kəffarə vermək lazımdır.

Xəstə olduğum müddətdə qılmadığım namazlar qəza sayılırmı?

    22.06.2016
Sual: 
salam men kecen hefte 4 cu gunden bura namaz qilmamisam sebeide odur ki hekim mene meslehet gorub ki burnuna guc salma isti hecne yeme icme.burnumdan gunde 4 defe qan acildigi ucun.sagalmaga dogru gedirem bu nece gunde qilmadigim namaz qezaya duwur?duwurse qezalarimi nece qilim?yeni niyyetleri nece olacaq ?
Cavab: 
Və aleykum Salam. Siz oturaraq namaz qıla bilərsiniz. Səcdə edə bilməsəniz başınız bir az aşağı əyməniz kifayət edər. Daha ətraflı: 
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Pages