təbabət

Övladın olması üçün falçı yanına getmək düzgündürmü?

    11.07.2016
Sual: 
salam.5il olar usagim olmur problemim var,Allah bilen meslehedir sukur..sadece ailem narahatdir deye baxtirib, baxicida deyibki goturun menim yanima men ona bir nece sey deyecem o elesin mutleq olacag..sualim budurki getsem men gunah etmis olacagam?estegfirullah Allaha serik qosmus kimi olacagam?bir sualimda varki zehmet olmasa cavab vererdiz,usagim olmur deye hekime turkecareye getmeyimde gunahdir?
Cavab: 

Və aleykum Salam. Övladın olması üçün həkimə getmək və ya türkəçarə deyilən üsullara müraciət etmək olar. Amma falçıya getmək küfr kimi böyük günahdır və bu yolla edilən işlərdə bərəkət də olmur.

Xəstə olan oruc tuta bilər?

    29.06.2016
Sual: 
Salam xeste ola ola oruc tutmaq olar
Cavab: 
Və aleykum Salam. Sağlamlıq imkan verirsə, oruc tutmaq olar. Əks halda sağaldıqdan sonra orucun qəzasını tutmaq lazımdır. Xroniki xəstəlik səbəbindən ümumiyyətlə oruc tutmaq mümkün deyilsə, hər günün əvəzində kəffarə vermək lazımdır.

Xəstə olduğum müddətdə qılmadığım namazlar qəza sayılırmı?

    22.06.2016
Sual: 
salam men kecen hefte 4 cu gunden bura namaz qilmamisam sebeide odur ki hekim mene meslehet gorub ki burnuna guc salma isti hecne yeme icme.burnumdan gunde 4 defe qan acildigi ucun.sagalmaga dogru gedirem bu nece gunde qilmadigim namaz qezaya duwur?duwurse qezalarimi nece qilim?yeni niyyetleri nece olacaq ?
Cavab: 
Və aleykum Salam. Siz oturaraq namaz qıla bilərsiniz. Səcdə edə bilməsəniz başınız bir az aşağı əyməniz kifayət edər. Daha ətraflı: 
Xəstə insan necə dəstəmaz alıb namaz qılmalıdır?

Travma səbəbilə sifət quruluşum dəyişdiyi üçün kompleks keçirirəm...

    20.06.2016
Sual: 
Salam, bundan əvvəl göndərdiyim sualı yox bu sualı cavablandırın. Mən dünyaya gələndə başımdan travma almışam deyə üzümün quruluşu dəyişib. Buna görə də mən son vaxtlar dəhşətli dərəcədə kompleks keçirirəm. Yəni mənim filan bədən üzvüm niyə əyridir falan. Belə düşünmək günahdırmı ? Əgər mən bunlara səbr etsəm əvəzini görə bilərəmmi ? Bu fikirlərdən azad olmaq üçün nə edim ?
Cavab: 
Və aleykum Salam. Siz Uca Allahın təqdiri ilə razılaşaraq bu vəziyyətinizə səbr etsəniz, Uca Allaha üsyan etməsəniz və "niyə belədir" deməsəniz, Uca Allahın iznilə böyük savab qazanmış olarsınız.

Əsəb xəstəliyi narkozdan ola bilər?

    18.06.2016
Sual: 
Salam aleykum men emeliyyatdan sonra psixoloji depresiya kecirdirem artiq 2 ildir ruqye eledim biraz duzeldim amma temiz kecmiyib hekime getdim narkozdan sinirlerin zedelenib narkoz bedenimi zeherliyib bu dogurdanda narkozdan ola bilermi nevroz olmusam bilmirem nedi mene bir meslehet verin allah razi olsun
Cavab: 
Və aleykum Salam. Xəstəliyin tam səbəbini deyə bilmərik, amma əsəblərin sakitləşməsi üçün ruqyə etdirməyə davam etdirin, hər gün evdə Quran oxunmasına qulaq asın. İbadətləri çoxaldın və Allaha çox dua edin, Allah sizə şəfa versin. Daha ətraflı:

Xəstəliyimlə əlaqədar isti havalarda hicabı açmaq günah sayılırmı?

    15.06.2016
Sual: 
Salam men bir ildir ki hicabliyam bu yaxinlarda bogazimda sisginlik hiss etdim hekime gedib oyrendimki menin emeliyyetliq isim var bununla elaqedar tez tez halim pis olur boguluram ureyim gedir hetta 3 oglum var onlara qarsida aqressiv oluram hemin vaxt ozume gele bilmirem hekim dedi ki basin bagli oldugu ucundur indi ise sualim budur ki basimi acmaq gunahdimi
Cavab: 

Və aleykum Salam. Bu vacibi mümkün qədər icra etmək lazımdır. Daha ətraflı: Baş əməliyyatından sonra hicab örtmək mümkün deyilsə, bu günahdırmı?

Pages