təbabət

Travma səbəbilə sifət quruluşum dəyişdiyi üçün kompleks keçirirəm...

    20.06.2016
Sual: 
Salam, bundan əvvəl göndərdiyim sualı yox bu sualı cavablandırın. Mən dünyaya gələndə başımdan travma almışam deyə üzümün quruluşu dəyişib. Buna görə də mən son vaxtlar dəhşətli dərəcədə kompleks keçirirəm. Yəni mənim filan bədən üzvüm niyə əyridir falan. Belə düşünmək günahdırmı ? Əgər mən bunlara səbr etsəm əvəzini görə bilərəmmi ? Bu fikirlərdən azad olmaq üçün nə edim ?
Cavab: 
Və aleykum Salam. Siz Uca Allahın təqdiri ilə razılaşaraq bu vəziyyətinizə səbr etsəniz, Uca Allaha üsyan etməsəniz və "niyə belədir" deməsəniz, Uca Allahın iznilə böyük savab qazanmış olarsınız.

Əsəb xəstəliyi narkozdan ola bilər?

    18.06.2016
Sual: 
Salam aleykum men emeliyyatdan sonra psixoloji depresiya kecirdirem artiq 2 ildir ruqye eledim biraz duzeldim amma temiz kecmiyib hekime getdim narkozdan sinirlerin zedelenib narkoz bedenimi zeherliyib bu dogurdanda narkozdan ola bilermi nevroz olmusam bilmirem nedi mene bir meslehet verin allah razi olsun
Cavab: 
Və aleykum Salam. Xəstəliyin tam səbəbini deyə bilmərik, amma əsəblərin sakitləşməsi üçün ruqyə etdirməyə davam etdirin, hər gün evdə Quran oxunmasına qulaq asın. İbadətləri çoxaldın və Allaha çox dua edin, Allah sizə şəfa versin. Daha ətraflı:

Xəstəliyimlə əlaqədar isti havalarda hicabı açmaq günah sayılırmı?

    15.06.2016
Sual: 
Salam men bir ildir ki hicabliyam bu yaxinlarda bogazimda sisginlik hiss etdim hekime gedib oyrendimki menin emeliyyetliq isim var bununla elaqedar tez tez halim pis olur boguluram ureyim gedir hetta 3 oglum var onlara qarsida aqressiv oluram hemin vaxt ozume gele bilmirem hekim dedi ki basin bagli oldugu ucundur indi ise sualim budur ki basimi acmaq gunahdimi
Cavab: 

Və aleykum Salam. Bu vacibi mümkün qədər icra etmək lazımdır. Daha ətraflı: Baş əməliyyatından sonra hicab örtmək mümkün deyilsə, bu günahdırmı?

Xəstəliklə əlaqədar olaraq dəstəmaz alanda ayağı yumayıb məsh çəkmək olar?

    09.06.2016
Sual: 
Rematizma olduguna gore ayaqlari yumayib mesh ceke bileremmi.teyennum bes ede bileremmi?
Cavab: 
Salam aleykum. Dəstəmaz aldıqda ayaq yuyulmalıdır. Bu dəstəmazın tərkib hissəsidir. Siz dəstəmaz alarkən corab üzərinə məsh çəkmək qaydasına da riayət edə bilərsiniz. Həmçinin, müəyyən səbəblərə görə dəstəmaz almaq mümkün olmasa təyəmmüm edilir. Daha ətraflı:

Qulağıma səs gəlir, bu şeytan vəsvəsəsi ola bilər?

    08.06.2016
Sual: 
Salam aleykum men ruqye oldum yaxsilasdim elhemdulilleh amma ele bilki yanimda kimse deyirki sense nese var ureyime qorxu dusur tez yaglaniram zeytun yagiyla amma biliremki hecne yoxdu ureyimnen cixmir bu seytanin vesvesesi Ola bilermi?tesekkur edirem
Cavab: 
Və aleykum Salam. Bu şeytan vəsvəsi ola bilər. Bu vəsvəsələrə fikir verməyin. Çalışın Quran ayələrinin səsli oxunuşuna qulaq asasınız və Quran ayələrindən bildiklərinizi özünüzə oxuyun. Həmçinin, Allaha dua edin ki, sizə şəfa versin. Daha ətraflı: 

Hər şeydən iyrənmək günahdır?

    08.06.2016
Sual: 
Salam Mənim xalam hər bir şeylərdən iyrənir. Özüdə namaz qılandı.biz kəndə qalırıq həyətimizdə it var(bağlıdı)arada bir o it zəncirini qıran da həyətə gəzir. ona görədə xalam iti bağlayandan sonra bütün ev eşiyə silir. Özündən aslı deyil hər şeydən çimçəşir.deyir birdən mı dar olaram Namazım qəbul olmaz.İndi xalamın çimçəşməyin bir günahı savabı var.Sağ olun
Cavab: 
Və aleykum Salam. Bu hal şeytanın vəsvəsələrindəndir. Ən əsası belə şeylərə əhəmiyyət vermək olmaz. Əks təqdirdə vəsvəsələrin sayı çoxalır. Daha ətraflı:

Qadın naməhrəmlərə iynə vura bilərmi?

    08.06.2016
Sual: 
salam men tibb bacisiyam yaxin qohumlara kisi olaraq iyne vurmaqim islamda nece qebul olunur coreyim ondan cixir herden istemirem vurum amma mecburiyyet olurda neyniyim men bir meslehet verin xahis edirem coxsaqolun tez bir vaxtda sizden cavab gozleyirem
Cavab: 

Və aleykum Salam. Naməhrəmlərə tibbi köməklərdən - iynə vurmaqdan, təzyiq ölçməkdən çəkinsəniz daha yaxşıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Sizdən bi­ri­nin başına dəmir iynənin sancılması, naməhrəm qa­dı­na toxunmaqdan xe­yir­li­dir”.

Ərim məni həddən çox qısqanır, nə edə bilərəm?

    26.05.2016
Sual: 
salam... menim 35 yasim var.17 ildir ki,evliyem.bu 17 ilde cekmedigim ezab qalmayib.demek olar ki,her gun doyulmusem,sebeb ise bos qisqancliqdir.her kesden meni qisqanir.hetta oz qardaSI OGLUNDAN BELE,COX VAXT BASQALARI USTUNDE DAVAMIZ OLUB.HEMISE MENDEN SUBHELENIB,USAQLARIMIZIN BELE ONDAN OLMADIGINI DEYIB.MEN NECE DEFE DEDIM KI,GEDEK MESCIDE,QURANA EL BASIM.LAKIN HEMISE BOYUN QACIRMISDIR.BU CEKDIYIM EZIYYETLERIN BEDELI OLACAQ MI?
Cavab: 
Va aleykum Salam.

Pages